header

 Ayətüllah Amili mühüm bir çıxışında demişdir: hicabına görə dustaq olanlar Azərbaycan respublikasında əhalinin müqavimət simvoludurlar.

Ayətüllah Amili həzrətləri Ərdəbilin bu həftəki cümə namazı xütbələrində mühüm sözlər zimnində Türkiyə mövqeyini və onun işid qarşısındakı millətçi mövqeyini, eləcə də Bakı dövlətinin son zamanlarda islamçı dustaqlara göstərdiyi təzyiqi pisləmişdir.

Müəzzəmləhin xütbələrinin əlaqədar hissəsini ((Məhdi-Təşəyyö)) təşkilatının raportuna əsasən əziz oxuculara təqdim edirik:

Mənim əzizlərim, ölkəmizin regiondakı qüdrəti düşmən proqramlarını uğursuzluğa aparmışdır. Uğursuzluğun nəticəsi olaraq böyük qüdrətlər həm diplomatiya həm də idarəedicilik baxımından ən gərgin çaxnaşmalarla üzbəüz olmuşlar. Bir az diqqət yetirməklə regionda diplomatik və idarəedicilik proqramları arasındakı ziddiyyətləri görmək olur. Bir gün idişi müdafiə edir, O biri gün isə ona qarşı plan hazırlayırlar. Bir gün idişə qarşı kvalisiyaya qoşulur, o biri gün kvalisiyadan çıxır. Bir də görürsən qüdrətlərdən biri idişə qarşı beynəlxalq səviyyədə kvalisiya təşkil edir, sonra daxili ixtilafla kvalisiyanı pozur və həmin kvalisiya üzvləri bir- birini təxrib etməyə başlayırlar.

ABŞ prezidentinin müavini Türkiyə, Ərəbistan və BƏƏ-nə qarşı təxribat xarakterli tənqidlər etdi. Lakin həmin ölkələrin etirazı və təzyiqi qarşısında üzr istəmək məcburiyyətində qaldı. Reaallıq isə ondan ibarətdir ki, bu kimi ənənəvi xarakter daşıyan üzristəmələr heç bir problemi həll etməyəcək. Co Bayden ənənədən kənar bir bəyanatla demişdir: Türkiyənin baş naziri şəxsən mənə bildirmişdi ki, idiş qüvvələrinin Türkiyə ərazisindən istifadə edərək Suriya ərazisinə daxil olma icazəsini vermişdir. Co Bayden bu maraqlı bəyanatından sonra dediyi sözləri təkzib etmədən üzr istəməklə kifayətlənmişdir. Obamanın müavininin üzr istəməsi Amerika və onun dövlətinə böyük biabırçılıq gətirdi. Diplomatiya prinsiplərinə görə bir ölkənin üzr istəməsi böyük biabırçılıq sayılır və belə dövlətin, gah nala, gah isə mıxa vuran dövlətin yaramazlığını göstərir. Beləliklə bu kimi ziddiyyətli işlər həmin dövlətin idarəedicilik və diplomatik tənəzzülünün göstəricisidir.

[belə bir analoji siyasətin Türkiyə rəhbərlərində də olması aydındır ] bəzən idiş əleyhinə kvalisiyaya qoşulur, bəzən isə ondan uzaqlaşır. Digər tərəfdən isə [idiş Suriya] kürdlərini Türkiyə sərhəddində vandallıqla kütləvi qırğına məruz qoyur. Türkiyə dövləti isə idişə qarşı kvalisiyaya qoşulduqdan sonra belə öz mövqeyini müəyyənləşdirmir, hərbi təşəbbüs fikri qarşısında düzgün istiqaməti tapa bilmir və nəhayət hadisəyə laqeydliklə göz yumur. Bu da Türkiyə kürdlərinin etirazına səbəb olur və bu ölkənin Kürd şəhərlərini hərc- mərc bürüyür. Kürdlərin fikrincə Türkiyə dövləti təklif etmişdir ki, Bəşşar Əsəd dövlətinin qarşısında dursanız Kubanı (Eynül-Ərəb) şəhərinin azadlığı uğrunda sizə yardım edəcəyik, yoxsa, bizdən təvəqqeyiniz olmasın. Bu dövlətlərin siyasəti onların insani dəyərlərə göz yumduğunu göstərir.

Məsələ burasındadır ki, Türk millətçiliyi Ərdoğanın islami mövqeyinə baxmayaraq onun siyasətini dəstəkləyir. Çünki Türk millətçi cərəyanı Ərdoğanı kürdələri qırmağa təşviq edir və inanır ki, hətta bir Kürdün öldürülməsi cərəyanın xeyrinədir. Bu kimi siyasətlərlə ölkəni idarə etmək olmaz. Bu kimi inamlar insanın millətçi ideologiyasında nə qədər dəyərsiz olduğunu sübut edir.

Insan öz itirdiyini vəhy məktəbində tapmalıdır. Amirlidə bir çox Türk şəhid oldu. Qadınlar isə qul kimi satıldılar. Türkiyə dövləti türkləri heç cür himayə etmədi. Məlumdur ki, Türkiyə regionda sünnilərin rəhbərliyi fikrindədir. O, belə bir siyasətlə regionda vəziyyəti daha da pisləşdirəcəkdir. Zaman Türkiyənin heç vaxt məqsədə çatmayacağına və ekstremizmin və nifrətin daha da yayılmasına səbəb olacaqdır. Türkiyə- Kürd münaqişəsində 40 min nəfərdən çox insan canını itirmişdir. Kübani (Eynül-Ərəb) idiş qüvvələrinin əlinə keçsə və kürdlər kütləvi şəkildə ölsələr daha acınacaqlı faciələr baş verəcəkdir. Ölkəmizə gəldikdə isə öz rasionallığı və məntiqi davranışı ilə beynəlxalq mövqeyini günbəgün yüksəltməkdədir. Dini etiqadımız yer üzündəki cinayət və fəsadlara qarşı laqeyd qalmağa yol vermir. ətrafımızdakı ölkələr idişi təşkil edənlərin kim olduqlarını və arxa siyasətin nədən ibarət olduğunu yaxşı bilirlər. Bu dövlətlərin hamısı idiş qüvvələrinin Amirliyə yürüşünün səbəbini də bilirlər. Amma özlərini aldadırlar.

Həzrət Əmirəlmöminin Əli əlehis-salam qızılnan yazmalı sözlərlə deyib: özümü heç vaxt aldatmamışam. Heç kəs də məni aldada bilməyib. Bu bir qanundur: özünü aldatmayanı aldatmaq olmaz.

Həzrət əli Nəhcül-bəlağədə deyir: (və innə bəsirəti ləməi, ma ləbbəstü əla nəfsi və la lübbisə ələyyə). Özümü heç vaxt  aldatmamışam, məni də aldada bilən olmayıb. Çünki öz qədrimi yaxşı bilirəm.

Təəssüflər olsun ki, Azərbaycan dövləti hicabı müdafiə edən azadə insanlara çoxlu təzyiqlər tətbiq edir. Bu şəxsiyyətlərin yeganə günahı ((və ma nəqəmu minhüm illa ən yöminu billahil-əzizil-həmid)) (onlarda əziz və həmid olan Allaha inanmaqdan başqa bir eyb tapmadılar) ayəsindəki örnəkdir. Azərbaycan dövləti bu şəxsiyyətlərin mövqeyinin dəyişməsi fikrindədirsə, biz onları tanıyırıq, mövqeləri dəyişməyəcək, əksinə iradələri artacaqdır. Bunlar azərbaycan xalqının müqavimət simvoludurlar. Bunlar Azərbaycan xalqının istək və arzularının təmsilçisidirlər. Örnək axtaran hər kim diqqətini bu şəxsiyyətlərə yönəltməlidir. Hər bir dövlətin bacarığı müxaliflərinə təsir qoymasındadır. Xüsusilə din alimlərinə təzyiq göstərmək onlar üçün pis nəticə verəcəkdir.

 

Ayətüllah Amili həzrətləri Ərdəbilin bu həftəki cümə namazı xütbələrində mühüm sözlər zimnində Türkiyə mövqeyini və onun işid qarşısındakı millətçi mövqeyini, eləcə də Bakı dövlətinin son zamanlarda islamçı dustaqlara göstərdiyi təzyiqi pisləmişdir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap