header

 “Hakimiyyət təzyiq yolu ilə əfv ərizəsi yazdırmaq istəyir”

AİP-in həbsdə olan lideri Mövsüm Səmədovun 2014-cü il sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülməsi, ona dərhal 5, daha sonra 7 sutkalıq “karser” cəzası verilməsi, oktyabrın 9-da isə hacının Qaradağ Rayon Məhkəməsi tərəfindən 12 saylı müəssisədən qapalı Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarılması böyük etiraza səbəb olub. ADP sədri Sərdar Cəlaloğludan bu mövzu ilə bağlı mövqe öyrənilib.

-Sərdar bəy, son zamanlar AİP sədri Hacı Mövsüm Səmədova  və digər  islamçı məhkumlara qarşı təzyiqlər xeyli artıb. Siz bunun səbəblərini necə izah edirsiniz?

- Bilirsiniz, son vaxtlar onların azad edilməsilə bağlı müdafiə istiqamətində fəaliyyətlər həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində kifayət qədər güclənib. Eyni zamanda, həmin məhbuslar əfv ərizəsi yazmaq istəmirlər.

Mənə elə gəlir ki, bu məsələnin həlli iki faktordan asılıdır. Hökumət onları əfv xahişi əsasında buraxmaq istəyir. Amma siyasi məhbuslar buna razılıq vermirlər. Digər tərəfdən, beynəlxalq qurumlar, ölkə ictimaiyyəti onların azad olunmasını tələb edir.  Bu da hökumətə qarşı təzyiqlərin güclənməsi deməkdir. Ona görə də bu cür addımlara əl atılır, təzyiqlər artırılır ki, onlar öz azadlıqları üçün müraciət etsinlər.

-Bu haqsızlığa etiraz etmək üçün dindarlar mitinq keçirməyi qərarlaşdırıblar. Siz daha hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Mənə elə gəlir ki, aksiyalarla yanaşı, iqtidarın özü ilə dialoqa getmək problemin həlli üçün əsasdır. Azərbaycanda hazırda dioloqa hamı xəyanət, satqınlıq kimi baxır. Amma dioloq tərəflərin vəziyyətdən çıxmaları üçün beynəlxalq aləmdə geniş istifadə olunan bir üsuldur və dünyanın bir çox ölkələrində ciddi problemlərin həllində məhz, dioloqdan istifadə olunur./İslaminsesi

AİP-in həbsdə olan lideri Mövsüm Səmədovun 2014-cü il sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülməsi, ona dərhal 5, daha sonra 7 sutkalıq “karser” cəzası verilməsi, oktyabrın 9-da isə hacının Qaradağ Rayon Məhkəməsi tərəfindən 12 saylı müəssisədən qapalı Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarılması böyük etiraza səbəb olub. ADP sədri Sərdar Cəlaloğludan bu mövzu ilə bağlı mövqe öyrənilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap