header

 İslam Partiyası mitinq keçirmək qərarına gəlib

Azərbaycan İslam Partiyası mitinq keçirmək qərarına gəlib.

Partiyanın sədri Elçin Manafov oktyabrın 10-da deyib ki, mitinq keçirmək qərarının qəbul edilməsinə səbəb son vaxtlar partiyanın həbsdə olan lideri Mövsüm Səmədova və bütövlükdə islamçılara qarşı təzyiqlərin güclənməsidir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, şərlənərək hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib. Oktyabrın 9-da isə Qaradağ Rayon Məhkəməsi Mövsüm Səmədovun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi, yəni 12 saylı müəssisədən Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarıb. Qərar 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında qəbul edilib.

Elçin Manafov Mövsüm Səmədovun qapalı rejimə keçirilməsi qərarını partiya liderinə, bütövlükdə islamçılara təzyiq kimi qiymətləndirir. “Media forum”a açıqlamasında o, deyib ki, Mövsüm Səmədov indiyədək saxlandığı 11 və 12 saylı cəzaçəkmə müəssisələrində də ciddi təzyiqlərə məruz qalıb: “11 il müddətinə azadlıqdan məhrum edilmiş ruhani Abgül Süleymanovun da ötən il 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarılmışdı. Bu ilin yanvar ayında o, ciddi rejimi ilə tanınan 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü.

Ötən il martından həbsdə olan, 2 il müddətinə azadlıqdan məhrum edilən, sonra cəza müddətinə 4 ay da əlavə edilən ilahiyyatçı Taleh Bağırov da müraciət yayaraq hüquqlarının pozulduğunu bəyan edib. Ona görə biz islamçılara qarşı bütün bu təzyiqləri dayandırmağa çağırırıq.

Partiya funksionerləri mitinqin təşkili məsələləri ətrafında müzakirələr aparacaq. Mitinqin keçiriləcəyi yeri, aksiyaya gələcək adamların sayını müəyyənləşdirib müvafiq orqana xəbərdarlıq məktubu göndərəcəyik. İslamçıların mitinqlərində əsas şüarlar hər zaman Qarabağın işğaldan azad olunması, vicdan məhbuslarının azadlığa buraxılması, islamçılara təzyiqlərin dayandırılması tələbləri istiqamətində olub. Bu mitinqdə də tələb və şüarlarımız dəyişməyəcək”.
Azərbaycan İslam Partiyası mitinq keçirmək qərarına gəlib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap