Hacı Mövsüm Səmədovun saxlanıldığı həbsxana mühasirəyə alındı
Posted on :
qafqaz
10/16/2017 12:59:32 PM
Xəbər verdiyimiz kimi bu gün, yəni oktyabr ayının 9-u AİP lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçiriləcəkdi
AzadXeber.az-ın verdiyi məlumata görə, sözügedən məhkəmə prosesi
hazırda öz işinə başlayıb. Bu barədə Mövsüm Səmədova dəstək üçün 12
saylı Cəza Çəkmə Müəssisəsinin qarşısına yollanan inanclılar və
ruhanilər məlumat veriblər. Hazırda həbsxanaya gedən yollara polislərdən
ibarət postlar qurublar. Avtomobillə 12 saylı CÇM-nə getmək istəyən
avtomobillərin hamısı yoxlanılaraq əraziyə buraxılır. Verilən məlumata
görə, hazırda ruhanilərin və islamçıların avtomobilləri əraziyə
buraxmırlar.
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov heç bir səbəb
göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindəki yeri dəyişdirilərək 12
saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. 12 saylı ÇCM-də isə dərhal
“karser”ə salınıb. Karserlə bağlı təyin olunan müddət bitməmiş, Mövsüm
Səmədovun karser müddəti yenidən başqa bir bəhanə ilə 7 gün də
artırılıb. Bütün bunlar azmış kimi, həbsxana rəhbərliyi Mövsüm Səmədovun
guya daxili nizam intizam qaydalarını pozduğunu əsas gətirərək onu
Qobustan ciddi rejimli həbsxanaya 3 il müddətinə köçürülməsi ilə bağlı
məhkəməyə təqdimat verib. Ölkənin inanclı kəsimi AİP lideri ilə bağlı
baş verənlərin hamısını siyasi sifariş olduğu qənaətindədirlər.