header

 "Hacı Mövsümün, Hacı Abgülün və Hacı Talenin hüquqları bərpa edilməlidir"

Hazırkı yazı müvafiq qurumlara müraciətlə, bu hüquqların və azadlıqların bərpası istiqamətində əməli addımların atılması üçün bir çağırış kimi dəyərləndirilməlidir.

Hacı Mövsüm. Bu adı ilk dəfə AİP-də yeni seçki müzakirələri zamanı dostların birinin dilindən eşitdim. Ardınca müxtəlif insanlardan AİP sədriliyinə uyğunluğu ilə bağlı müxtəlif fikirlər eşitdim. Təbii ki, rəhmətlik Hacı Əlikramdan sonra AİP-i kimin idarə etməsi müəyyən mənada məni də maraqlandırırdı. Bu məlumatdan bir neçə ay sonra Qubada Avropa Şurasının Siyasi Bilgilər məktəbinin növbəti sessiyası keçirilirdi. Tədbir məhərrəm əyyamına təsadüf etmişdi. Axşam namazı üçün məscidə yollandım. Namazları qıdıqdan sonra məscidin bir güncünə çəkilib əyləşdim. Sakitcə əzadarlıq mərasimində iştirak etmək niyyətində idim. Mərasim zamanı bir nəfərin kifayət qədər səmimi münasibətini hiss etdim. Tanış olduqda bəlli oldu ki, həmin şəxs, barəsində Bakıda ikən eşitdiyim və Qubada yaşayan Hacı Mövsümdür.

Həmin günü gecə saat 2-yə qədər söhbətləşdik. Birgə şam edib, kiçik hücrəyə keçib yetərincə dərdləşdik. Müzakirələrimizin mərkəzi mövzusunu mənəviyyatla bağlı məsələlər təşkil edirdi. Çox az miqdarda ictimai-siyasi mövzulara toxunduq. 

Bundan sonra da ara-sıra görüşlərimiz olurdu. Adətən Qubada keçirilən müxtəlif beynəlxalq tədbirlər zamanı birgə şam edib, səmimi ünsiyyətimizi qururduq. Desəm ki, Hacı Mövsümlə bu dönəmdə səmimi dost-qardaş münasibətlərinə qədər yüksəldik, mübaliğə etmərəm.

Aylar keçdi. O, AİP-ə sədr seçildi. Bu arada bizim səmimi münasibətlərimiz kifayət qədər yüksək səviyyədə qalmaqda idi. Təbii ki, AİP sədrliyi dönəmində siyasi proseslərdə aktvliyi zamanı müəyyən metodolojilərdə və yanaşmalarda fərqlərimiz ortaya çıxırdı. Amma ikimiz də bu müddətdə münasibətlərimizin səmimi mənəvi yükünə xələl gətirilməsinə imkan verməməyə çalışırdıq.

Ölkədə inanca qarşı repressiv ab-havanın şiddətləndiyi zamanda isə, hər kəs doğru bildiyi üslub, metodoloji və yanaşma səliqələrinə görə öz yolunu getdi. Və təbii olaraq, belə bir dönəmdə hadisələrin surətli gedişatı da öz təsirini göstərməkdə idi. Nəticədə repressiya dalğası Hacı Mövsümü də əhatə etdi.

Mən burada neçə il əvvəl baş vermiş prosesləri bir daha təfərrüatı ilə yada salmaq istəmirəm. Buna bu gün faydalılıq baxımından lüzum da görmürəm. Kifayət qədər acı hadisələr baş verdi. İnancla bağlı baş qaldırmış dalğa nəticəsində bu illərdə xeyli xoşagəlməz hallar, ədalətsiz həbslər baş verdi. İndi həmin dalğa müəyyən mənada səngisə də, repressiyaya uğramış islami fəallar bundan öncəki dönəmin nəticəsi olaraq zindanlarda qalırlar.

Məni bu gün həbsdə olan bütün vicdan və siyasi məhbusların vəziyyətlərinin yaxşılaşması və azadlığa çıxmaları üçün səmərəli addımların atılması düşündürür. Bu arada xüsusilə Hacı Mövsümə qarşı yeni məhdudiyyətlərin tətbiqi, ciddi olaraq narahatlıq yaratmaqdadır. Üstəlik Hacı Abgül Suleymanovla və Hacı Tale Bağırzadə ilə də bağlı bu istiqamətdə qeyri-müəyyən məlumatlar mətbuatda yayılmaqdadır.
İnanclı mühit – böyük bir ailədir. Bu ailənin hər bir üzvünün qarşılaşdığı problemlər və yaşadığı narahatlıqlar bizi ciddi ağrıdır. Hacı Mövsüm, Hacı Abgül və Hacı Tale bu kimi məhdudiyyətlərlə hansısa fərqli mövqe sərgiləyən deyillər. Onların həbs müddəti ərzində həbsxanada olan insanların mənəvi islahatları ilə məşğul olması da tam təbii bir məsələdir. Bu gün onlarla bu kimi yersiz davranış bütün inanclı mühiti birmənalı olaraq narahat edir. Təbii ki, bu gün bütün siyasi və vicdan məhbuslarının azad olunması – ölkəmiz üçün ən faydalı bir addım olardı. İndiki durumda isə Hacı Mövsüm, Hacı Abgül və Hacı Tale üçün digər siyasi və vicdan məhbuslarda olan kimi adekvat mühüt və şəraitin yaradılması – edilməli olan ən minimal işdir. Onların hüquq və azadlıqları tam həcmdə təmin edilməlidir.

Hazırkı yazı müvafiq qurumlara müraciətlə, bu hüquqların və azadlıqların bərpası istiqamətində əməli addımların atılması üçün bir çağırış kimi dəyərləndirilməlidir.

Hacı İlqar İbrahimoğlu
Hazırkı yazı müvafiq qurumlara müraciətlə, bu hüquqların və azadlıqların bərpası istiqamətində əməli addımların atılması üçün bir çağırış kimi dəyərləndirilməlidir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap