header

 Mövsüm Səmədovu 3 il qapalı rejimdə saxlamaq istəyirlər

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun qapalı rejimə - Qobustan həbsxanasına köçürülməsinə saxlandığı müəssisənin təqdimatı əsasında baxılacaq.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib. Sentyabrın 30-da o, karserdən çıxıb. Mövsüm Səmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən gündən aclıq etdiyi deyilir.

Oktyabrın 8-də vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, partiya liderinin qapalı rejimə - Qobustan həbsxanasına köçürülməsi üçün hansı əsasların gətirildiyini hələ bilmir: “Bu, Qaradağ Rayon Məhkəməsində oktyabrın 9-na təyin edilmiş prosesdə bəlli olacaq. Məhkəmə 12 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı ilə qurulub. Təqdimatda Mövsüm Səmədovun 3 il qapalı rejimdə saxlanması tələbi qoyulub”.

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun qapalı rejimə - Qobustan həbsxanasına köçürülməsinə saxlandığı müəssisənin təqdimatı əsasında baxılacaq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap