header

 Freedom House: Bakıya qarşı sanksiyaların vaxtıdır

"Bir çoxu Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını qeyri-mümkün hesab edir, amma yeganə yol çalışmaqdır", Freedom House azadlıq təşkilatının prezidenti David Kramer BBC Azərbaycancaya deyib.

Ötən həftə The American Interest jurnalında çap olunan məqalədə cənab Kramer və ABŞ-ın Azərbaycana sabiq səfiri Richard Kauzlarich ABŞ konqresini Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

"Rusiya ilə də çoxu düşünürdü ki, mümkün olmayacaq, amma sonra [Maqnitski Aktı] qəbul olundu", vaxtilə Dövlət Departamentində vəzifə tutan və həmin qanunun üzərində işlədiyini bildirən David Kramer deyib.

Maqnitski Aktı kimi tanınan qanun, vergi rəsmilərinin fırıldaqçılığını araşdıran vəkil Sergey Maqnitskinin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə məsuliyyət daşıyan rəsmiləri cəzalandırmağı nəzərdə tutur.

Maqnistki siyahısındakı 18 nəfər Amerikaya daxil ola bilməz və bu ölkənin bank sistemindən istifadə edə bilməz.

Freedom House prezidenti David Kramer-in fikrincə hökumətin addımları "biabırçı olmağa başlayıb"

"Konqres sizin narahatlıqlarınızı bölüşürmü? Bunu Rusiya ilə olduğu vəziyyətlə müqayisə etmək olarmı" sualını cavablayan cənab Kramer-in fikrincə, Konqresin Azərbaycan barədə narahatlıqları artmaqdadır.

"Sözün düzü düşünürəm ki, Konqres üzvlərinin əksəriyyəti Azərbaycanda baş verənlərə fikir vermir. Məqaləni yazmağımızın səbəblərindən biri də elə bu idi. Amma məncə ölkədə vəziyyətin pisliyi barədə məlumatlılıq artır", David Kramer deyir.

"Başa düşürəm ki, Azərbaycanın enerji potensialına görə və Azərbaycanın Əfqanıstandakı, terrorçuluğa qarşı mübarizədəki roluna görə bunun üçün dəstək almaq çətin olacaq. Amma problem ondadır ki, hökumətin addımları biabırçı olmağa başlayıb və bunun nəticəsiz qalmayacağını göstərmək vaxtıdır".

David Kramer onun və səfir Kauzlarich-in nəzərdə tutduğu sanksiyalar barədə daha ətraflı məlumat verib. Müəlliflərin fikrincə, Azərbaycanda ABŞ vətandaşı Səid Nurinin bir həftəyə yaxın ölkədən çıxmasına imkan verilmədən sonra, Dövlət Departamenti öz saytında Azərbaycana getmək istəyən amerikalılara bu təhlükə barədə xəbərdarlıq etməlidir.
"İkincisi isə, rejimdə ciddi insan haqları pozuntularına, o cümlədən fəalların, jurnalistlərin, müxalifətçilərin həbsinə görə məsuliyyət daşıyan şəxslərin dalınca düşmək vaxtıdır. Hökumət elə bilir ki, bu addımlara görə cavabdeh olmayacaq. Əgər nəticələr olmasa, onlar bunu etməyə davam edəcək".

Oktyabrın 2-də çap olunan məqalə "Bakıya qarşı sanksiyaların vaxtıdır" adlanır. Rəsmi Bakı bu çağırışa hələ ki, münasibət bildirməyib. Azərbaycan hökuməti insan haqları pozuntuları barədə ittihamları rədd edir və fəalların qanun pozuntularına görə həbs olunduğunu deyir.

Hökumət eləcə də, beynəlxalq təşkilatları və xarici dövlətləri Azərbaycanın işlərinə qarışmaqda ittiham edir.

Freedom House-un dünyada media azadlığına dair son hesabatına görə prezidentin sözçüsü Əli Həsənov təşkilatı "subyektiv" adlandıraraq Azərbaycana aid hissəsini tənqidb edib.

Hesabatın Azərbaycanla bağlı hissəsi "qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur", Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Vaşinqtonda yerləşən Freedom House təşkilatı dünyada azadlığın genişləndirilməsi üçün çalışan müstəqil müşahidəçi təşkilatdır.

"Bir çoxu Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını qeyri-mümkün hesab edir, amma yeganə yol çalışmaqdır", Freedom House azadlıq təşkilatının prezidenti David Kramer BBC Azərbaycancaya deyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap