header

 Azərbaycan ruhaniləri Mövsüm Səmədovla bağlı toplantı keçirib - Foto

Bizim dini və vicdan borcumuz tələb edir ki, Hacı Mövsüm kimi təqvalı şəxsiyyətə qarşı belə təzyiqlər olunmasına etiraz bildirək və bunun üstündən sükutla keçməyək. Biz də ruhanilər kimi ümumi Azərbaycan xalqının nümayəndəsi və sözçüsü olaraq elan edirik ki, xalq belə təzyiqlərə sakit şəkildə yanaşmayacaq və ölkə səviyyəsində böyük etirazlara səbəb olacaq.

dünən Azərbaycan ruhaniləri və tanınmış ziyalılar son zamanlar Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı həbsxanada olunan təzyiqlərlə bağlı toplantı keçirib.

Höccətül İslam İlham Əliyev

İlk öncə çıxış edən Höccətül İslam Hacı İlham Əliyev bildirdi ki, müzakirə ediləcək məsələ olduqca ciddi mövzudur: “Heç bir səbəb göstərilmədən onun 11 saylı cəzaçəkmə müəssisəsindən yerini dəyişdirərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi məsələsi ortaya çıxıb. Bu nəinki ruhaniyyətin, Azərbaycan xalqının narahatlığına səbəb olub. Bizim dini və vicdan borcumuz tələb edir ki, Hacı Mövsüm kimi təqvalı şəxsiyyətə qarşı belə təzyiqlər olunmasına etiraz bildirək və bunun üstündən sükutla keçməyək. Biz də ruhanilər kimi ümumi Azərbaycan xalqının nümayəndəsi və sözçüsü olaraq elan edirik ki, xalq belə təzyiqlərə sakit şəkildə yanaşmayacaq və ölkə səviyyəsində böyük etirazlara səbəb olacaq.

Höccətül İslam Sərdar Hacıhəsənli

Daha sonra çıxış edən Höccətül İslam Sərdar Hacıhəsənli bildirdi ki, bu gün Azərbaycanda hər bir şəxsi, o cümlədən dindar kəsimi Mövsüm Səmədovun durumu çox narahat edir və ona qarşı olunan təzyiqlər kəskin şəkildə pislənilir: “Əvvəlcədən Hacı Mövsüm Səmədov və onun əqidə yoldaşları günahsız olaraq, şərlənərək həbs olunublar. Çox ədalətsiz və məzhəkəli bir surətdə ədalətsiz şəkildə 12 illik məhkum edilib. Görünür bu 12 il Hacı Mövsümdən intiqam almaq istəyənləri, bu məqsədlə sifariş verənləri razı salmayıb. Ona görə də, bu gün onun sağlamlığını, canını təhdid edəcək təzyiqlərə əl atıblar. Hacı Mövsüm Səmədovun şəxsiyyəti Azərbaycanın İslamı mühitinə məxfi deyil. O çox aydın, ziyalı, ruhani bir şəxsiyyətdir. Əxlaqı və davranışı ilə nümunə olacaq bir insandır. Bu insana qarşı təzyiqlərin əlbəttə ki, əsasları var. Ən mühüm əsas budur ki, Mövsüm Səmədov hər bir məsələdə haqq səsini qaldırdığı kimi, Ramazan ayında İsrail rejiminin Qəzza xalqına etdiyi zülmlərə də səssiz qalmamışdı. Məhz elə bu səbəbdən bu gün Hacı Mövsüm təzyiqlərə məruz qalıb. Görünür İsrail rejiminin ölkəmizdə olan mövcud əlaltıları Hacı Mövsümün Qəzza məsələsindəki münasibəti ilə hesablaşmaq fikrindədirlər. Bu çox acınacaqlı bir haldır ki, müstəqil bir ölkədə qəsbkar, insan öldürən, qocalara qıyan, körpələrin qatili olan İsrail rejiminə qarşı haqq səsini qaldıran bir insana yönəlik təzyiqlərə, təqiblərə start veriblər. Görünür insanları aldatmaq məqsədi ilə bu işə dərhal start vermədilər, gözlədilər bir müddət keçsin ki, məsələ gündəmdən düşsün və ondan sonra hesablaşsınlar. Ancaq Azərbaycanın şüurlu xalqı başa düşür ki, Hacı Mövsümün həbsi şərlənərək baş verdiyi kimi, elə təqibi də o səbəbdəndir. Azərbaycan ruhaniyyəti Hacı Mövsümə qarşı bu rəftarlara kəskin etirazını bildirir. Azərbaycan dindarları bu məsələdən narahatdırlar. Onlar ruhanilərin fikrinə önəm verirlər və ruhaniyyətdən fikir gözləyirlər ki, atacağı addımları müəyyənləşdirsinlər. Biz Azərbaycan ruhaniləri haqlı şəkildə tələb edirik ki, bu ölkənin vətəndaşına, bu ölkənin namuslu, imanlı, təqvalı, ölkənin dəyərlərinə sayğılı olan, canı ilə, malı ilə, bilgisi ilə bu ölkənin inkişafına xidmət etmək məqsədi olan insanlara bundan artıq təzyiqlər olunmasın, təqiblərə son qoyulsun, bundan artıq insanların hüquqları tapdalanmasın, bundan artıq sifarişli həbslər aparılmasın, bundan artıq həbsxana şəraitində inanclı insanlara təzyiqlər göstərilməsin, bütövlükdə Azərbaycanda günahsız yerə həbsdə olan insanlara təzyiqləri pisləyirik, məxsusən Hacı Mövsüm timsalında bu təqiblərə son qoyulmasını tələb edirik.”

Höccətül İslam Hacı Əli Behişti

çıxışında bildirdi ki, əgər tarixə müraciət olunsa insanların, bəşəriyyətin əsrlər boyu ədalətə təşnə olduğunu görərik: “İnsanlar istəyiblər ki, hər yerdə, hər bir sahədə ədalət hakim olsun, ədalət icra edilsin. Belə ki, hətta xalqın malını oğurlayanlar belə, özgə malını bölüşdürəndə düzgün, ədalətli bölgünün qərarını qoyublar. Əgər kimsə bu bölgüyə riayət etməsə, onu cəzalandırıblar. Bu da ondan irəli gəlir ki, ədalətsevərlilik insanın fitrətindən qaynaqlanan bir istəkdir. Allah-Təala bunun biz insanların daxilində qərar vermişdir. Hətta Qurani-Kərimdə bütün insanlardan istəyib ki, həm gərək özünüz ədalətli şəxs olasınız, həm də cəmiyyətdə ədaləti icra edəsiniz. İmam Museyi Kazım (ə) buyurub ki, ədalət baldan da şirindir. Ədaləti baldan da şirin edən odur ki, gərək hər kəsin haqqına riayət oluna, haqq öz sahibinə verilə. Bizim bugünkü məclisimiz, ruhani, alim Mövsüm Səmədovun başına gətirilən müsibətlərə görə təşkil olunub. Axır zamanlar ona amansız təzyiqlər edilir. Biz Mövsüm Səmədovla ədalətlə rəftar olunmasını tələb edirik və onun işinə baxan əlaqədar orqanlardan istəyirik ki, ədalətin şirinliyini onlara dadızdırsınlar. Bunu da xatırladım ki, əgər bir cəmiyyət, ölkə uzun müddət yaşamaq istəyirsə, ədalətə ehtiyacı labüddür. Hədsilərdə də buyurulub ki, küfrlə idarə olunan ölkənin uzun müddət yaşama ehtimalı, zülmlə idarə olunan ölkənin yaşa müddətindən çoxdur.”

Höccətül İslam Hacı Elçin Manafov

Çıxış edən Höccətül İslam Hacı Elçin Manafov bildirdi ki, Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm Səmədovu əvəz edir, lakin təkcə bunun üçün yox, həm də bir insanın taleyindən narahat olduğu üçün burdadır: “Bildiyimiz kimi, bu yaxınlarda Hacı Mövsüm Səmədovu 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər və orada onu karserə salıblar. Biz bu hadisə ilə maraqlanmaq üçün müəssisəyə getdik. Bizə dedilər ki, əgər «islah olarsa» və rəis məsləhət bilərsə, onunla görüşə icazə verilər. Biz bu məsələdən çox narahat olduq və iradımızı, etirazımızı bildirdik. Dedik ki, necə yəni «islah olarsa?» Bu insanın necə əxlaq yiyəsi olduğunu çoxları bilir. Elə zindan həyatında da digər qardaşlarımız kimi, mərdliyi, qüruru, əqidəsi, dönməzliyi ilə özünü tanıtdırıb. Həmişə demişəm, yenə deyirəm. Bu minvalla onu aşağılamaq istəsələr də, nəinki buna nail olur, hətta əksinə, günü gündən Hacının nüfuzu artır, ədalətsizliyə etiraz edənlərin də sayı çoxalır.

Bu gün bura Azərbaycanın görkəmli ruhaniləri, ustadları, alimləri, müəllimləri toplaşıb. Amma yəqin ki, məsələ bununla bitməz. Yəqin ki, etirazlar get-gedə çoxalacaq.

Bayaq Hacı Əli Behişti bir məsələni hədislə dedi. Mən də həmin məsələnin davamında deyirəm ki, doğurdan da bu zülmlə qabağa getmək olmaz. Və bilsinlər ki, bu onlara baş ucalığı gətirməyəcək. Yəni bu insana bu cür cəza tətbiq etməklə nəinki Hacı Mövsümü nüfuzdan sala bilmirlər, əksinə, öz nüfuzlarına xələl gətirirlər. Mən əvvəllərdə də demişdim, indi də deyirəm, elə düşünürdüm ki, onlar bu bayram günlərini fürsət bilərlər. Heç olmasa, bu bayram günlərində dindar məhbus qardaşlarımıza, xüsusən Hacı Mövsüm qardaşımızın işini yüngülləşdirərlər. Amma əksinə oldu. Camaatın intizarının əleyhinə bir az da cəzasını qəlizləşdirdilər. Fürsətdən istifadə edərək, bir daha etirazımızı bildiririk və buna son qoyulmasını istəyirik.

Höccətül İslam Hacı Azər Sərcanov

bildirdi ki, biz bir azərbaycanlı olaraq, ruhani olaraq Azərbaycanda olan repressiyaların qarşısının alınmasını istəyirik. Bir insanın 12 il azadlıqdan məhrum edilməsi kifayət etmirmi? Necə olur ki, başqaları bu cür sözlər danışanda, hətta içəridə olanda belə, bu cür təzyiqlər göstərilmir? Bizim, “zülm çox yeriməz” sözləri elə-belə deyilməyib. Tarix bunu göstərib. Peyğəmbərimiz və ondan da əvvəlki zamanlardan ta indi “ərəb inqilabı”nda baş verən hadisələr kimi. Bizim məqsədimiz, niyyətimiz, sözümüz budur: insanlar öz sözünə görə məhkum olunsunlar. Başqa əməllər, rəftarlar bu ruhaniyyətə yapışmaz. Xalqın, cəmiyyətin ruhanilərə etiqadları var. İnsanlara bu qədər təzyiqlər, repressiyalar olmaz ki? Niyə biz müstəqil dövlət olmağımıza baxmayaraq, bəzi dövlətlərin ünsürləri gəlib burada bəzi məsələlərə qarışırlar? Biz bunlardan narazıyıq, buna etiraz edirik. Ona görə də biz xalqımızın, millətimizin, dövlətimizin izzətini, abrını, həyasını istəyirik. Məqsədimiz budur ki, mömin qardaşlarımıza, məxsusən Mövsüm Səmədova qarşı təzyiqlərə son qoyulsun. Onsuz da bunları haqq söz dediyinə görə həbs etmişiniz, bu kifayət etmirmi?”

Ruhullah Novruzzadə

Çıxış edən MMDİB-nin sədri bildirdi ki, Azərbaycan ruhaniləri, ümumiyyətlə ruhaniyyət “qırmızı xətt” olmalıdır: “Əgər bir cəmiyyətdə bir “qırmızı xətt” tapdalanarsa, digər “qırmızı xətt”lərin tapdalanması ehtimalı da artar. Biz xalqımıza və yuxarıda əyləşən dövlətimizə bildirməliyik ki, bizim ruhaniyyətimiz bizim “qırmızı xətt”imizdir və bunu artıq tapdalamağa onların icazələri yoxdur. Xalqımız da bunu müdafiə etməlidir.”

Emil Rahimoğlu

Daha sonra çıxış edənEmil Rahimoğlu bildirdi ki, Hacı Mövsüm Səmədov sıradan bir dindar deyil, o dünən namaza başlamayıb: “Mövsüm Səmədov həm ali təhsilli, xalqın sevdiyi bir şəxsdir, böyük əxlaq ustadıdır, böyük bir siyasi partiyanın sədridir. Bizim gözləntimiz budur ki, daha geniş şəkildə, hüquqi çərçivədə müdafiə olunsun.”

Hacı Ataməli Nur

Hacı Ataməli Nur isə bildirdi ki, bir neçə şəxsin həbsə atılması, əslində dinin həbsidir: “Yəni bir ölkədə ruhani haqq söz dediyi üçün məhbəsdədirsə, demək din məhbəsdədir. Qarşı tərəf də bilsin ki, sükut hər zaman danışmayacaq mənasına gəlmir. Bu sükutun bir təhlükə tərəfini də düşünsünlər və bilsinlər ki, bütün bu görülən təzyiqlər bir gün qayıdıb onların başında partlayacaq.”

Höccətül İslam Hacı Seyran Rzayev

Höccətül İslam Hacı Seyran Rzayev çıxışında bildirdi ki, Hacı Mövsüm nə edibsə xalq üçün edib: “Onun dedikləri şəxsi mənafeyinə və siyasi məqsədlə kimisə vurmaq üçün deyil. Allah-təala buyurub ki, “xalq xidmət ibadətdir” və Hacı Mövsüm də ibadət edib. Quran ayəsi də var ki, “...Allah sizi üstün qərar verib, əgər mömin olsanız.” Elə bilirəm ki, möminlərin başına belə işlər gələndə, gərək onlar müdafiə olunsun.”

Bizim dini və vicdan borcumuz tələb edir ki, Hacı Mövsüm kimi təqvalı şəxsiyyətə qarşı belə təzyiqlər olunmasına etiraz bildirək və bunun üstündən sükutla keçməyək. Biz də ruhanilər kimi ümumi Azərbaycan xalqının nümayəndəsi və sözçüsü olaraq elan edirik ki, xalq belə təzyiqlərə sakit şəkildə yanaşmayacaq və ölkə səviyyəsində böyük etirazlara səbəb olacaq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap