header

 Əliyevlərin Fransapərəstliyi niyə işə yaramır?

Son həftədə bu ölkədə Azərbaycana yönəlik iki xoşagəlməz hadisə baş verib

Azərbaycan hakimiyyətinin yaxın müttəfiqi sayılan Fransadan dövlətimizin maraqlarına ciddi zərbə vurulub. Belə ki, ötən günlər ərzində iki dəfə Fransadan gələn addımlar Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik sayıla bilər. Beləliklə ardıcılıqla. Parisin məşhur Porte de Versailles salonunda dünyanın 164 ölkəsindən 1200-ə yaxın şirkətinin  qatıldığı Top Resa dünya turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Geo travel, Gilanturizm, Rege atravel, Proxy travel və SW travel turizm şirkətləri də iştirak edib. Bu barədə AzərTAc məlumat yayıb. Maraqlıdır ki, eyni sərgiyə separatçı Dağlıq Qarabağ rejiminin nümayəndə heyəti də qatılıb. Separatçı rejimin nümayəndə heyətinə yerli turizm idarəsinin rəhbəri Sergey Şahverdiyan rəhbərlik edib.

Separatçı rejimin nümayəndə heyəti üçün ayrılmış pavilyonda Dağlıq Qarabağ bölgəsi, yerli turizm xidmətləri haqda məlumatların yer aldığı ədəbiyyat təqdim olunub.

İkinci hörmətsizlik isə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhərinin dostluğu haqqında bəyannamənin imzalanmasıdır. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən bəyannaməyə ermənilərin Şuşi adı oyduğu Şuşanın “meri” Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq-Le-Valans meri Marlen Murye oktyabrın 5-də qol çəkiblər.

Siyasi ekspertlər hesab edir ki, baş vermiş hadisə əslində o qədər təcüblü deyil. Biz bir daha hakimiyyətin uğurlu xarici siyasət şüuranın elə şüar olaraq qalmasının şahidiyik. Xarici siyasət sahəsində səmərəli fəaliyyət göstərmək heç cür Azərbaycan hakimiyyətinə nəsib olmur. Bütün bunların başlıca səbəbi hakimiyyətin sırf iş prinsipləri ilə bağlıdır. Artıq uzun illərdir ki, Azərbaycan hakimiyyəti xarici ölkələrdə özünü müdafiə etmək üçün lobbi fəaliyyətinin təşkili ilə məşğul olur. Fransada baş vermiş bu iki hadisə Azərbaycan hakimiyyətinin xarici siyasətinin daha bir ciddi uğursuzluğudur. Qərblə açıq qarşıdurma vəziyyətində olan ölkə Qərb dövlətlərinin Qarabağ probleminin həllində necə yaxşı münasibətinə ümid edə bilər? 

Bu yerdə Ukrayna hadisələri yada düşür. ABŞ və Avropanı Rusiya qarşısında Ukraynanı qətiyyətlə müdafiə etməsi və bu ölkəni dəstəkləmək üçün böyük səylər göstərməsi Kiyevin Qərblə inteqrasiya istiqamətində real addımlar atması ilə bağlıdır. Azərbaycan hakimiyyəti isə Qərbdən gələn demokratiya tələblərinə qarşı sərt anti-mövqedən çıxış etməklə, Qərb ölkələri ilə münasibətləri hədsiz gərginləşdirir. Bu isə o deməkdir ki, Qərb ölkələri ilə yalnız enerji sahəsində əməkdaşlıq etməyə üstünlük verən Azərbaycan belə getsə hələ çox bu cür sürprizlərlə üzləşəcək.

 

 

Son həftədə bu ölkədə Azərbaycana yönəlik iki xoşagəlməz hadisə baş verib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap