header

 Türk diplomatlar Türkiyədəki İŞİD məhbusları ilə dəyişdirilibmiş

İngiltərədə çıxan Times qəzeti yazıb ki, Türkiyə İraqın Mosul şəhərindəki türk girovları azad etmək üçün terrorçu İŞİD qruplaşmasının 180 məhbus üzvünü azad edibdir.

,İngiltərədə çıxan Times qəzeti yazıb ki, Türkiyə İraqın Mosul şəhərindəki türk girovları azad etmək üçün terrorçu İŞİD qruplaşmasının 180 məhbus üzvünü azad edibdir.

Times ifşa edərək, bildirib ki, Türkiyə hökuməti terrorçu İŞİD qruplaşması tərəfindən İraqın şimalındakı Mosul şəhərində girov götürülmüş 46 Türkiyə vətəndaşı və diplomatının azad edilməsi üçün iki İngiltərə vətəndaşı daxil olmaqla bu qruplaşmaya üzv 180 məhbusu azad edib.

Bu ingilis qəzet Türkiyə vətəndaşları ilə mübadilə olunmuş İŞİD məhbuslarının siyahısının xaricə sızmasına toxunaraq, yazıb ki, İngiltərə vətəndaşları olan 18 yaşlı Şahbaz Süleyman və 25 yaşlı Hişam Fulkard İŞİD üzvü kimi bu mübadilədə azad edilib.

İngiltərə rəsmiləri bazar ertəsi günü BBC-yə deyiblər ki, aralarında iki ingilisin olduğu türk girovların İŞİD-çi məhbuslar ilə dəyişdirilməsi barədə yayılmış xəbərlər düzdür.

Türkiyə hökuməti indiyədək bu ölkə vətəndaşlarının terrorçu İŞİD qruplaşması tərəfindən azad edilmələrinin detalları haqda bir məlumat yaymayıbdır.

İngiltərədə çıxan Times qəzeti yazıb ki, Türkiyə İraqın Mosul şəhərindəki türk girovları azad etmək üçün terrorçu İŞİD qruplaşmasının 180 məhbus üzvünü azad edibdir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap