Azərbaycan Respublikasının Prezidentinin
bildirdiyi “İran və Azərbaycan regional bir müttəfiqə çevrilə bilərlər”
bəyanatı iki ölkə rəhbərlərinin münasibətlərin hərtərəfli inkişaf
etdirilməsində ciddi əzmkarlıq göstərdiklərini aydın şəkildə nümayiş
etdirdi və göstərdi ki, tərəflər ən yüksək nailiyyətdən başqa heç nə ilə
qane olmazlar.
Rabitə və Texnologiyalar naziri Mahmud
Vaezinin müştərək iqtisadi komissiyanın iclasını keçirmək üçün
Azərbaycan Respublikasına son səfəri Tehran-Bakı əlqələrinin inkişaf
etdirilməsində mühüm addım hesab olunur. Əslində bu səfər Azərbaycan
Respublikası Prezidentinin bu ilin aprel ayrel ayında İrana etdiyi
səfərinin sürətli təsiri və nəticəsini göstərdi və aşağıdakı dəlillərə
görə iki ölkə münasibətlərində yeni bir səhifə aça və tərəflərin
mənafeyinə cavab verə bilər.
İki ölkə arasında müştərək iqtisadi
komissiyanın keçirilməsində yaranmış dörd illik fasilədən sonra belə bir
səfərin reallaşması və Bakıda iclasının sonunda əməkdaşlığa daim
protokolun imzalanması son iki ildə hər iki ölkə tərəfindən etimad
yaratmağa dair səylərin müvəffəqiyyətli olduğundan xəbər verir və
münasibətləri inkişaf etdirmək üçün Tehran və Bakının siyasi iradəsini
göstərir. Eyni halda ölkəmizin dünya ilə yeni əməkdaşlıqları, beynəlxalq
aləmin ölkəmizə müsbət baxışları və “tədbir və ümid dövləti”nin qonşu
ölkələrlə münasibətlərin gücləndirməsinə təkid etməsi, həmçinin İranın
böyük iqtisadi potensialı və ölkəmizin infrastruktur, elm, texnologiya,
yeni elmlər və bu kimi sahələrində müvəffəqiyyətləri müsəlman və qonşu
ölkə olaraq Azərbaycan Respublikası ilə müştərək əməkdaşlıqlar üçün
zəmin yaradır.
İran tərəfinin Bakıya ezam etdiyi heyət
sənaye, neft, qaz, neft-kimya, su, elektrik enerjisi, rabitə və
informasiya texnologiyaları, turizm və səhiyyə sahələrinin yüksək dövlət
nümayəndələrindən, eləcədə özəl sektorun fəalllarından ibarət
təcrübəli, məqsədli və böyük iqtisadi potensiala malik bir nümayəndə
heyəti idi. Qarşı tərəf də qəti məqsədlə, dövlət və özəl sektorun əsas
iqtisadi fəallarının iştirakı ilə müştərək komissiyanın iclasında
iştirak edirdi. Çox cüzi fikir ayrılığı ilə əməkdaşlığa dair protokolun,
həmçinin İranın İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı
(OİETAİ) ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) arasında əməkdaşlığa dair anlaşmanın imzalanması hər iki
tərəfin maksimum anlaşmaya çatmaq üçün güclü iradəsini göstərirdi.
Nəzərə gəlir ki, tərəflər bir-biri üçün yaxşı ticarət şəriki ola
biləcəkləri qənaətinə gəlmiş və hər iki ölkədə iqtisadi potensialları
tanımaqla və əldə olunmuş razılaşmaları həyata keçirməklə müsbət
iqtisadi nailiyyətlərə çata biləcəklər.
MDB ölkələri arasında Azərbaycan
Respublikası İrandan ticarət mallarını daha çox idxal edən ölkədir və
ticarət mübadiləsi həmişə müsbət və İranın xeyrinə olub. Bu, iki ölkə
arasında ticarət mübadilələrinin daha da dərinləşməsindən əlavə tərəflər
arasında strateji münasibətlərin formalaşmasına səbəb ola bilər. Sözsüz
sərhədin hər iki tərəfində qanun-qaydaların sahmana salınması, özəl
sektorun fəaliyyəti üçün münasib şəraitin və lazımi dəstəyin
yaradılması, xüsusilə Azərbaycan tərəfinin vizaların verilməsində
sadələşdirmənin həyata keçirməsi ilə ən qısa zamanda iqtisadi
münasibətlərin genişlənməsinin şahidi olacağıq.
Azərbaycan Respublikası üçün İranla
ticarətin ən ümdə üstünlüyü yolun yaxın olması və iki ölkə sərhədlərinin
uzun olmasıdır. Bu üstünlük Azərbaycanın iqtisadi bazarını İran
vasitəsilə Fars körfəzi iqtisadi bazarına və oradan beynəlxalq bazarlara
birləşdirə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Qafqazda ən
güclü iqtisadiyyata malik olmaqla və bu regionun giriş qapısı kimi İran
İslam Respublikası üçün faydalı tranzit hesab oluna bilər.
İranla Azərbaycan Respublikası arasında
əməkdaşlığın genişləndirilməsi üçün zəmin yarada biləcək əsas sahələrdən
biri də özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi ola bilər.
Tehran və Ərdəbil vilayətinin iş
adamlarından və tacirlərindən ibarət otuz nəfərlik nümayəndə heyətinin
Doktor Vaezi ilə birlikdə Bakıya səfər etməsi və səfərin sonuncu günü
ticarət palatalarının mehvərliyi və iki ölkə nazirlərinin iştirakı ilə
keçirilən biznes forum tərəflərin özəl sektorun fəaliyyət göstərməsi
üçün münasib şəraitin yaradılmasının vacibliyinə inandıqlarını göstərdi.
İran və Azərbaycan Respublikası öz münasibətlərini gücləndirmək üçün
yeni sahələrdə əməkdaşlıq etmək barədə qərar qəbul ediblər. Tərəflər
özəl sektorun mehvərliyi ilə və yeni iqtisadi imkanları öyrənməklə hər
iki tərəfin mənafeyini təmin edə biləcək konstruktiv əməkdaşlığa çatmaq
üçün yollar arayacaqlar. İki ölkənin özəl sektoru ticarət, tranzit və
enerji sahələrində əməkdaşlıq imkanlarını öyrənməli və yolun
yaxınlığını, daşınma xərclərinin iqtisadi baxımdan sərfəli olduğunu və
iki ölkə bazarlarında müxtəlif məhsullara tələbatın günü-gündən
artdığını nəzər almaqla öz əlaqələrini inkişaf etdirməlidirlər.
Doktor Vaezinin rəsmi şəxslərlə, xüsusilə
Azərbaycan Respublikasının Prezidenti ilə görüşü və Azərbaycan
Respublikasının Prezidentinin bildirdiyi “İran və Azərbaycan regional
bir müttəfiqə çevrilə bilərlər” bəyanatı iki ölkə rəhbərlərinin
münasibətlərin hərtərəfli inkişaf etdirilməsində ciddi əzmkarlıq
göstərdiklərini aydın şəkildə nümayiş etdirdi və göstərdi ki, tərəflər
ən yüksək nailiyyətdən başqa heç nə ilə qane olmazlar. Digər tərəfdən
Tehran və Bakı tarixi, mədəni, dini və dil baxımından müştərək bağlara
malik olan iki ölkə olmaqla yanaşı regional təhlükəsizliyin təmin
edilməsində xüsusi diqqət yetirirlər. İki ölkə rəsmiləri regionda
ifratçılığın şiddətlənməsindən nigarandırlar və bu səbəbdən ifratçılıq
məsələsi hər iki ölkə üçün təhlükəsizlik mövzusu və əməkdaşlıq üçün
mehvər hesab olunur.
Sonda qeyd olunmalıdır ki, ölkəmizin
Prezidenti cənab Doktor Həsən Ruhaninin Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevlə Davos şəhərində görüşü, cənab Əliyevin
Davos görüşündən iki ay sonra Tehrana səfəri və ölkə rəhbərliyi ilə
səmimi görüşləri müştərək iqtisadi komissiyanın doqquzuncu iclasının
müvəffəqiyyətli keçirilməsi üçün zəmin yaratdı. İki ölkənin ciddi
əzmkarlığını nəzərə alaraq demək olar ki, Azərbaycan Respublikası ilə
İran İslam Respublikası arasında münasibətlər xüsusi əhəmiyyət kəsb
etmişdir və bu münasibətlərin inkişaf etdirilməsi üçün heç bir maneə
yoxdur.
Möhsün Pakayin
İran İslam Respublikasının
Azərbaycan Respublikasındakı səfiri