Ərdəbilin imam cüməsi Azərbaycanda inanc məhbuslarının azadlığını istədi
Posted on : Ərdəbil 10/16/2017 12:59:31 PM
İranın Ərdəbil ostanının imam cüməsi Azərbaycan Respublikasında inanc məhbuslarının azad olunmasını istəyib.
Ayətullah Seyid Həsən Amili bu gün səadətli Qurban bayramı namazında dindar insanların Azərbaycan Respublikası həbsxanalarından azad olunmalarını Allah-taaladan diləyib.
Ərdəbilin imam cüməsi və Vəliyyi Fəqihin nümayəndəsi Qurban bayramı namazının 2-ci xütbəsində dua edib: İlahi! Azərbaycanda əzəmətli insanlar xalqın dinini müdafiə etdiklərinə görə həbs olunublar. İlahi! Tez bir zamanda onların azadlığına imkanlarını yarat.