header

 Vəhhabi terrorçuların 70 bəndlik manifestdə dedikləri: “Putinə rüşvət verməklə İİR-ın nüvə məlumatlarını ələ gətirək”

Sənədlər “İŞİD” adlı terror təşkilatın Gizli Döyüşlər Kabinasının 6 üzvlərindən biri olan Əbdullah Əhməd əl-Məşhədani tərəfindən

İraqın Xüsusi Təyinatlı Dəstəsi cari ilin Mart ayında qondarma “İŞİD” adlı terror təşkilatın liderlərindən birinin evində əməliyyat apardıqları zaman, qeyd olunan ünsürlərin gələcəkdə həyata keçirəcəkləri planlar haqqda əhəmiyyət kəsb edən sənədlər ələ keçirib.

70 bənddən ibarət olan və İraq Təhlükəsizlik Dairəsi tərəfindən təsdiqlənən sənədlər, qondarma “İŞİD” adlı terror təşkilatın Gizli Döyüşlər Kabinasının 6 üzvlərindən biri olan Əbdullah Əhməd əl-Məşhədani tərəfindən yazılıb.

Sənədlərdə deyilir: “Rusiyanın İranla həmkarlığına son qoyması və İranın nüvə məlumatlarını bizə ötürməsi üçün İraqın əl-Ənbar əyalətindəki Neft Quyuları mütləq rüşvət ünvanında Putinə verilməlidir. İranın zəifləməsi və Hormoz boğazına nəzarətinin təsirsiz qalması üçün isə, Ərəb Əmirlikləri daxilində geniş su kanalı qazılmalıdır ki, Neft daşıyan tanker gəmilər, boğaz vasitəsi ilə xam malı xarici bazarlara ötürsün.”

Sənədin digər bir yerində deyilir: “Həmçinin İranın iqtisadiyyatına zərbə endirmək məqsədi ilə, İranın milli sərmayəsi sayılan İranKürüSənayesini zəiflətməliyik. Dünya bazarını Əfqan Xalçaları ilə doldurmaqla da İranın xalça bazarını dondurmalıyıq.”

Yaraqlıların sənədlərində deyilir: “Biz, İran və İraq rəsmilərini terror etməklə, həmçinin bütün Şiə silahlı qruplarını aradan aparmaqla öz xarici siyasətlərimizi təmin edə bilərik.”

Sənədlərdə həmçinin deyilir: “Suriya və Pakistan sünnilərindən tələb olunub ki, Şiələrin kompakt yaşadıqları yerlərə köç edərək, tez evlənib çox uşaq dünyaya gətirməklə uzun müddət ərzində Fars Körfəzində Şiələr assimilyasiya olunsun”.

Sənədlər “İŞİD” adlı terror təşkilatın Gizli Döyüşlər Kabinasının 6 üzvlərindən biri olan Əbdullah Əhməd əl-Məşhədani tərəfindən
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap