header

 İran-Azərbaycan mədəni əlaqələri araşdırılıb

"Azərbaycan Respublikasının şair və yazıçılarının əsərləri müntəzəm surətdə fars dilinə tərcümə olunacaq."

İran İslam Respublikasının mədəniyyət attaşesi və Azərbaycan Milli Kitabxanasının direktoru iki ölkə əlaqələrini müxtəlif sahələrdə, o sıradan mədəniyyət sahəsində araşdırıblar.
 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi İbrahim İbrahimi cümə günü Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ilə görüşüb. O, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrə işarə edərək deyib ki, Azərbaycan Milli Kitabxanası ilə əlaqələr genişlənəcək: "Azərbaycan Respublikasının şair və yazıçılarının əsərləri müntəzəm surətdə fars dilinə tərcümə olunacaq."
 
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da bu görüşdə İran Milli Kitabxanasının müdirlərini sentyabrda keçiriləcək 4-cü Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.
"Azərbaycan Respublikasının şair və yazıçılarının əsərləri müntəzəm surətdə fars dilinə tərcümə olunacaq."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:50 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap