Fransa səfiri Həzrəti Məsumənin (səlamullahi əleyha) məzarını ziyarət etdi
Posted on : iran 10/16/2017 12:59:31 PM
Bruno Focer Xanım Məsumənin (ə) hərəmini ziyarət edərək bütün dünya ölkələrində sülhün bərqərar olması üçün dua edib.
O, xanım Məsumənin (səlamullahi əleyha) ziyarətnaməsini oxuyaraq, Əhli Beyt (əleyhim səlam) Məktəbi ardıcıllarının ziyarətlə bağlı fəlsəfəsi ilə tanış olub.
Xanım Məsumənin (əleyha səlam) zərihi kənarında duraraq, sülhün, əminamanlığın bütün dünyada bərpası və Fransa xalqı ilə İran xalqı arasındakı əlaqələrinin yaxşılasması üçün dua edib.
Qeyd edək ki, Bruno Focer ziyarətin sonunda hərəmin Beynəlxalq Əlaqələr Şöbəsinin Baş Katibi Höccətül İslam vəl Müslimin Ruhullah Fatimi Nəsəb ilə görüş keçirərək, səfirliyin fransalı turistlərin Qum şəhərinə, habelə Xanımın ziyarətinə gəlmələri üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.