header

 Fransa səfiri Həzrəti Məsumənin (səlamullahi əleyha) məzarını ziyarət etdi

Bruno Focer Xanım Məsumənin (ə) hərəmini ziyarət edərək bütün dünya ölkələrində sülhün bərqərar olması üçün dua edib.

Fransanın İran İslam Respublikasındakı rəsmi səfiri Bruno Focer, həzrəti Fatiməyi Məsumənin (səlamullahi əleyha) məzarını ziyarət edərək, hərəmin müxtəlif yerləri ilə tanış olub.

O, xanım Məsumənin (səlamullahi əleyha) ziyarətnaməsini oxuyaraq, Əhli Beyt (əleyhim səlam) Məktəbi ardıcıllarının ziyarətlə bağlı fəlsəfəsi ilə tanış olub.

Xanım Məsumənin (əleyha səlam) zərihi kənarında duraraq, sülhün, əminamanlığın bütün dünyada bərpası və Fransa xalqı ilə İran xalqı arasındakı əlaqələrinin yaxşılasması üçün dua edib.

Qeyd edək ki, Bruno Focer ziyarətin sonunda hərəmin Beynəlxalq Əlaqələr Şöbəsinin Baş Katibi Höccətül İslam vəl Müslimin Ruhullah Fatimi Nəsəb ilə görüş keçirərək, səfirliyin fransalı turistlərin Qum şəhərinə, habelə Xanımın ziyarətinə gəlmələri üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

Bruno Focer Xanım Məsumənin (ə) hərəmini ziyarət edərək bütün dünya ölkələrində sülhün bərqərar olması üçün dua edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap