Hacı Abgül Süleymanov "kars"dan çıxarıldı, ancaq...
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
Bir neçə gün öncə mübariz ruhani Abgül Süleymanov 13 saylı CCM-dən PX-nin Tibb Mərkəzinə göndərilmişdi
Qeyd edək ki, Karantin Korpusu Cəza Çəkmə Müəssisəsinə yeni gələn dustaqların salındığı yerdir.
Onu da qeyd edək ki, sabah mübariz ruhaninin dostları və qohumları CÇM-nə gedəcəklər.
14:40 - İslamazeri.az-ın verdiyi məlumata görə, dünən mübariz ruhani 13 saylı CÇM-nə qaytarılıb.
"Zon"a qaytarılan mübariz ruhani sonra "kars"a salınıb.
Qeyd edək ki, ruhaninin "kars"a salınma səbəbi dəqiq bilinmir,lakin Abgül Süleymanovun vəkilləri sabah 13 saylı CÇM-nə gedəcəklər və mübariz ruhaniyə qarşı bu addımın səbəbi məlum olacaq.
Xatırladaq ki, bir müddətdir AİP lideri, mübariz ruhani Mövsüm Səmədova qarşı da təzyiqlərə start verilib. O 11 saylı CÇM-dən 12 saylı "zon"a köçürülmüş, daha sonra orada "kars"a salınmışdı. Bu təzyiqlər azmış kimi onu Qobustandakı qapalı tipli həbsxanaya göndərilməsilə bağlı daxili məhkəmə qərar verib.