header

 QURBAN BAYRAMINIZ MÜBARƏK!

5 oktyabr Zil-Həccə ayının 10-u, fədakarlıq və ehsan bayramı sayılan Qurban bayramıdır

Bu gün İslam dininin ən gözəl və müqəddəs bir bayramı bütün dünya müsəlmanları tərəfindən qeyd olunur. Mənəviyyatlı xalqımız bu müqəddəs bayramı böyük sevinc hissi ilə qarşılayır və təmtəraqla qeyd edir. İslamda bu ay xüsusi mahiyyət və əhəmiyyət kəsb edir.

Qurban bayramının əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Müsəlman dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Bu il də bu müqəddəs bayram ölkəmizdə qeyd olunacaq.

Qeyd edək ki, böyük İslam alimləri də bayram gününün tarixi ilə bağlı öz fikrlərini bildirdilər. Beləki, 5 oktyabr Zil-Həccə ayının 10-u, fədakarlıq və ehsan bayramı sayılan Qurban bayramı günü qeyd ediləcək.

Qeyd edək ki, dünyada yüz milyonlarla müsəlman hər hicri qəməri ilinin zil-həccə ayının 10-cu gününü Qurban bayramı kimi qeyd edirlər. Bu bayram, İbrahim peyğəmbər (ə) öz oğlu İsmaili (ə) Məkkə şəhərində yerləşən Minada qurban kəsmək üçün Allahdan əmr alması və Allahın onun bu imtahandan uğurla çıxmasından sonra oğlu İsmailin (ə) əvəzində bir qoç göndərməsi ilə əlaqədar keçirilir.

Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edirik.

5 oktyabr Zil-Həccə ayının 10-u, fədakarlıq və ehsan bayramı sayılan Qurban bayramıdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap