header

 AİP qərar qəbul etdi: Kütləvi etiraz aksiyalarına hazırlıq başlandı

Bu gün Azərbaycan İslam Partiyası idarə heyətinin toplantısı keçirildi

Partiyanın mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, yığıncaq iştirakçıları partiyanın sədri Hacı Mövsüm Səmədovun penitensiar xidmətin 12 saylı cəza çəkməmüəssisəsindən Qobustandakı qapalı tipli cəzaçəkməmüəssisəsinə köçürülməsi ilə bağlı oktyabr ayının 9-da məhkəmə prosesinin başlanacağına münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, M. Səmədov bir neçə gün öncə cəza çəkdiyi 11 saylı həbsxanadan 12 saylı cəza çəkməmüəssisəsinə köçürülməsi və ona dərhal cərimə rejiminin tətbiqi AİP sədrinə qarşı hakimiyyətin qərəzli münasibətinin nəticəsidir: “M. Səmədovun penitensiar xidmətdən deyildiyi kimi daxili nizamı pozma əməlləri əslində olmamışdır.Ona qarşı yönləndirən təzyiq və işgəncələrin səbəbləri əqidəsindən dönməməsi,istər ictimai həyatda, istərsədə həbsxanalarda başverən qanunsuzluqlarla barışmazlığıdır. Partiyanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ambudsmana rəsmi müraciətinin dəqiq, obyektiv araşdırılmaması nəticəsində M. Səmədova bugündə təzyiqlərin davam etdirilməsi, hətta onun qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi baş verir. Bu isə ölkə ictimaiyyətini ciddi narahatedir, cəmiyyəti alternativ addımlaratmağa, geniş miqyaslı etiraz aksiyaları keçirməyə sövqedir.”

Çıxış edənlər onu da bildirmişlərki, baş verən neqativliklər hakim dairələrdəkimlərinsə ölkədə stabilliyi pozmaqda, hakimiyyət ləcəmiyyət arasında süniqarşıdurma yaratmaqda maraqlıdır: “İnanmaq olmurki, hansısa xarici qüvvələrin İslamçılara qarşı bu kimi ədalətsiz, qərəzl imünasibət göstərmək sifarişini hakim dairədə kimlərsə belə canla-başla yerinə yetirməyə səy göstərsin, öz xalqının qeyrətli oğulların ıfiziki cəhətdən məhv etməyə çalışsın. Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında qaldığı bir zamanda torpağı, dövləti, xalqı yolunda ölümə belə hazır olanların işgəncələrə məruz saxlanması milli xəyanətdən başqa birşey deyil.”

Toplantı iştirakçıları İslamçılara qarşı başda Hacı Mövsüm Səmədov olmaqla neqativ münasibətlərin aradan qaldırılması, onların cəmiyyət üçün əhəmiyyətli şəxsiyyətlər kimi dəyərləndirilməsi tələbi ilə hakimiyyətə bəyanat ünvanlamışlar. Onlar qəbul olunmuş sənəddə M. Səmədovun haqsız, qeyri-qanuni həbsini xalqımıza mənəvi zərbə kimi qiymətləndirmiş, onun həbsxana şəraitində belə sakit buraxılmamasını buambisi yanın davamı hesab etmişlər. İslamçılar haqsızlığa qarşı mübarizədə susmayacaqlarını, etirazlarını davam etdirəcəklərini birdirmişlər. Bundan ötrü AİP funksionerləri kütləvi etiraz aksiyalarına hazırlıq işlərinə başlayacaqlarını, aksiya üçün rəsmi müraciət edəcəklərini əksetdirən qərar qəbul etmişlər. Bildirmişlərki, bütün addımlar qanun çərçivəsində atılacaq, vətəndaşlar konstitusion hüquqlarından istifadə edərək insan haqlarını pozanlara sözlərini deyəcəklər.
Bu gün Azərbaycan İslam Partiyası idarə heyətinin toplantısı keçirildi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap