header

 Nusra Cəbhəsi” yenidən təşkilatlanır"

Nusra Cəbhəsi” İŞİD kimi ən yüksək səviyyədə radikallaşmağa qədəm qoyur"


“Nusra Cəbhəsi” terror təşkilatı “Əl-Qaidə”nin Suriya qolu olaraq, 2011-ci ildə qurulub. Təkfirçi vəhhabi ideologiyasına sahibdir.

Lideri Əbu Məhəmməd Cövlani kimi tanınan Usamə əl-Haddavi, Suriyanın Deyr əz-Zor əyalətinə bağlı Şehil şəhərində dünyaya gəlib. 2003-cü ildə “Əl-Qaidə”yə qoşulmamışdan əvvəl Şam Universitetinin tibb fakültəsini bitirib.

2010-cu ildə  İraqda həbs olunsa da, 2011-ci ildə bir çox “Əl-Qaidə” üzvləri ilə birlikdə azad edilib.

Əbu Məhəmməd Cövlaninin kimliyini göstərən heç bir foto və video yoxdur. Onun 2013-cü ildə “Əl-Cəzirə”-yə verdiyi reportajında da üzü göstərilməyib. Barəsində məlumat da olduqca azdır.

 “Nusra Cəbhəsi” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Cövlani, ikinci adam sayılan Əbu Maria əl-Qəhtani ləqəbli Meysər əl-Cuburini qovduqdan sonra onun yerinə  Əbu Məhəmməd Şami kimi tanınan Sami Mahmud əl-Aridi gətirib.

Sami əl-Aridi kimdir? İordaniyalı təkfirçi-vəhhabi olan Sami əl-Aridi, “Nusra Cəbhəsi” terrorçularının dini mərcəsi kimi tanınır.

1973-cü ildə Əmman şəhərində dünyaya gəlib. O, İordaniyada ilahiyyat fakültəsini və doktoranturasını bitirib. Vəhhabiliyin yaradıcılarından olan İbni Teymiyyə barədə  kitablar yazıb.

Sami əl-Aridi Bəşər Əsəd hökumətini devirdikdən sonra “İslam Dövləti” quracaqları barədə çıxışı ilə yadda qalıb. Başda iordaniyalılar olmaqla, vəhhabi ərəbləri də terror təşkilatına cəlb etməyə çalışdığı bildirilir.

Sami əl-Aridinin  “cihadçı” təkfirçilər üzərində nüfuzu olan Əbu Məhəmməd əl-Məqdisi, Əbu Qutadə və İyad əl-Kuneybi kimi liderlərlə yaxşı əlaqələr qura biləcəyi iddia edilir.

Bəzi ekspertlər əl-Qəhtanini uzaqlaşdıran lider əl-Cövlaninin bu addımı ilə, İŞİD terror təşkilatına barışmaq mesajı göndərdiyini düşünürlər.

İŞİD və “Nusra Cəbhəsi”nin hər ikisinin “Əl-Qaidə”nin qolu olduğuna diqqət çəkən ekspertlər isə, iki terror təşkilatı arasında döyüşlərin ideoloji deyil, təşkilat mənfəətləri səbəbilə baş verdiyini qeyd edirlər.

Aralarında “İslam ordusu” və “Sukur əş-Şam”ın olduğu 17 qruplaşmanın birləşdiyi “İslami Cəbhə” terror təşkilatı “Nusra Cəbhəsi” üçün təhdid hesab edilir.

Lakin əlaqələri kəsilən iki təşkilat arasında qarşıdurmaların yaşanması ehtimalı zəifdir.

Daha əvvəllər “döyüş zamanı şəriətin tətbiqi mümkün deyildir” baxışını mənimsəyən “Nusra Cəbhəsi”, İŞİD-i təqlid etmək yoluna qədəm qoyub. Belə ki, təşkilatın liderlərindən Əbu Firas Suri nəzarətləri altında olan ərazilərdə “şəriət”in tətbiq edilməsi barədə çıxışlar edib.

Əbu Firas Suri kimdir? Əsil adı Rizvan Numus olan Əbu Firas 1950-ci ildə Dəməşqdə doğulub. 1970-ci ildə hərbi məktəbi leytenant rütbəsilə bitirib. 9 il sonra Hələbdə hərbi məktəbdə tələbələrin öldürülməsi hadisəsilə bağlı ordudan qovulub.

O, 1980-cı ildə “Taliatul Muqatile” qruplaşmasına hərbi təlim keçib. 1981-ci ildə Əfqanıstana gedib və SSRİ-yə qarşı vuruşanlara təlim keçib.

Daha sonra “Dəvət Camaatı” adlı qruplaşma qurub. Usamə bin Laden ilə yaxınlığı ilə tanınıb və həmçinin “Əl-Qaidə” tərəfindən maliyyə dəstəyi ilə təmin edilib.

ABŞ-ın 2003-cü  ildə İraqı işğalı zamanı İraqa, oradan isə Yəmənə gedən Əbu Firas, İŞİD və “Nusra Cəbhəsi” arasında ixtilaflar yarandıqdan sonra 2013-cü ildə Suriyaya qayıdıb.

Əbu Firas təşkilat içində “Əl-Qaidə” lideri Eymən əz-Zəvahiriyə ən yaxın olan adamdır.

Əbu Firas Surinin təşkilatın sözçüsü vəzifəsinə, Əbu Məhəmməd Şaminin isə şəri idarə rəhbərliyinə gətirilməsi “Nusra Cəbhəsi”nin “Əl-Qaidə”yə bağlılığının sübutu və təsdiqidir.

Hərbi məsələlərdə məsul olan suriyalı Əbu Humam Surinin bu vəzifəyə gətirilməsi, İŞİD -ə oxşar və yerli şəraiti diqqətə alan taktika hesab edilir.
Nusra Cəbhəsi” İŞİD kimi ən yüksək səviyyədə radikallaşmağa qədəm qoyur"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap