header

 "Elə bilməyin ki, zindanda yatanlarla istədiyiniz rəftarı edə bilərsiniz"

İlahiyyatçı kərbəlayi Fərhad Mirzə İslamazeri.az-a AİP lideri hacı Mövsüm Səmədova qarşı son günlər baş verən təzyiqlərlə bağlı münasibət bildirib

“Bildiyimiz kimi, Hacı Mövsüm Səmədov 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, orada "kars"-a salınıb. Oradan da Qobustandakı qapalı tipli həbsxanada 3 il müddətinə saxlanılması barədə xəbər yayılıb. Belə bir şəxsin daxili nizam qaydalarını pozması ittihamı ilə bu təzyiqlərə məruz qalması təbii ki, absurddur. Hacının özü də həbsxanada şəxsinə qarşı olunan təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlaması təzyiqlərin və qanunsuzluqların nə dərəcədə amansız olmasından xəbər verir. Demək Hacı Mövsüm Səmədov sadəcə oradakı qanunsuzluqlara etiraz etdiyinə görə, onları mətbuatda işıqlandırdığına görə onu qapalı həbsxanaya göndəriblər. Təbii ki, bu rəftar Hacıya qarşı növbəti işgəncə və təzyiq hesab olunur. Biz bu işgəncə və amansızlıqlara, onun qanunsuz həbsinə bir daha etirazımızı bildiririk və ona qarşı belə bir rəftarı qətiyyətlə pisləyirik. Üzümü aidiyyatı orqanlara tutub deyirəm: Elə bilməyin ki, zindanda yatanlarla istədiyiniz rəftarı edə bilərsiniz. Allahdan başqa hakimi olmayan qiyamət günündə Allah sizinlə dustaqlar arasında, xüsusilə haqqı deyərək zindana düşənlər arasında hökm edəcək. Bilin ki, onların yeganə vəlisi Allahdır. O, hər şeyi görür və qiyamət günü sizdən hesab götürəcək. O gün uzun-uzadı həsrət və peşmançılıqla, nəticədə isə əbədi cəhənnəmlə üz-üzə qalan zaman kimə pənah aparacaqsınız? O gün sizin sığınacaq yeriniz olmayacaq. Heç kəsi köməyə çağıra bilməyəcəksiniz! Etdiklərinizdən peşman olub tövbə edin və haqqını tapdaladıqlarınız adamlarla halallaşın! O gün sizin işgəncə etdiyiniz insanlar Allahdan istəyəcəklər ki, sizdən intiqam alsın. Allah ən yaxşı intiqam alandır. Hacıya da bu yolda səbir, müqavimət, sabitqədəmlik arzu edirik! Allah hacıya və digər haqq uğrunda zindanlara düşən qardaşlarımıza  xeyirli mükafat nəsib eləsin və tezliklə qapılarını açsın.“
İlahiyyatçı kərbəlayi Fərhad Mirzə İslamazeri.az-a AİP lideri hacı Mövsüm Səmədova qarşı son günlər baş verən təzyiqlərlə bağlı münasibət bildirib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap