header

 “İŞİD Azərbaycanda hakimiyyəti dəyişmək istəyir”




Rusiyalı politoloqlardan sensasion açıqlamalar; Bakı neftinə İŞİD də tamah saldı; Qriqori Trofimçuk: “Onlar tezliklə Xəzərdə olacaq”; Türkiyənin İŞİD-lə bağlı dünyanın “şübhəli” hesab etdiyi mövqeyi qətiləşdikdən sonra bu təhlükə ilə bağlı Azərbaycanla daha konkret əməkdaşlığa başlayacaq
ABŞ və müttəfiqləri İŞİD terror qruplaşmasına qarşı müharibəni davam etdirirlər. Demək olar ki, hər gün İŞİD-in İraq və Suriyadakı bazalarına aviazərbələr endirilir. İraqın təhlükəsizlik qüvvələri isə sentyabrın 30-da bəyan ediblər ki, paytaxt Bağdaddan şimal-şərqdə yerləşən Diyala əyalətində 16 kənd “İslam dövləti” qruplaşmasından azad edib. İraq Müdafiə Nazirliyinin bəyanatına əsasən 100-dən çox yaraqlı məhv edilib.
“İŞİD Azərbaycanda hakimiyyəti dəyişmək istəyir”


Bu arada İŞİD-in Azərbaycana ciddi təhlükə törədəcəyi, hətta hakimiyyəti dəyişə biləcəyi barədə sensasion xəbərdarlıq yayılıb. Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov “Nezavisimaya qazeta”da dərc olunmuş məqaləsində İŞİD-in hədəfləri sırasında Azərbaycanın olduğunu da yazıb. Müəllif yazır ki, islamçıların can atdığı xilafət artıq yaranıb və müsəlman radikallara görə, bu hadisə “əsl vaxtında” baş verib. (virtualaz.org).

Ekspert yazır ki, hazırda xilafətin rəhbərliyinə daxil olan yaraqlılar 2011-ci ildən etibarən xarici sponsorlarından, o cümlədən Qərbdən əhəmiyyətli yardım alırdılar. Daha sonra 2013-cü ildə suriyalı və iraqlı radikallar birləşdilər. İndi onlar İraq və Suriya ərazilərinin əhəmiyyətli hissəsində xilafət elan ediblər.

Rusiyalı diplomat yazır ki, hazırda İŞİD qüvvələri faktiki olaraq nizami ordu təşkil edir, onların sıralarında 30-50 min arası döyüşçü var. İŞİD öz sıralarına keçmiş hərbçiləri və yüksək vəzifəli xüsusi xidmət əməkdaşlarını cəlb edib.
A.Baklanovun sözlərinə görə, KİV-lər nahaq yerə İŞİD-i orta əsrlər xilafət liderlərinin işini davam etdirən təşkilat sayırlar. Əslində o, tamamilə müasir strukturdur, yeni silah nümunələrindən və psixoloji müharibə metodlarından, o cümlədən internetdən istifadə edir.

Baklanov yazır ki, İŞİD ələ keçirdiyi ərazilərdə neft yataqlarını istismar edir və hər gün milyonlarla dollar qazanır. Qruplaşma neftçiləri, mühəndisləri və fəhlələri yaxşı maaşla işə cəlb edib. İŞİD Suriya və İraqda hər gün 80 min barel neft hasil edir. Bu neftin “qara bazar”da satış qiyməti 1 barel üçün 40 dollar təşkil edir. Əsirlərin pula dəyişdirilməsindən və digər mənbələrdən əldə edilən qazancı da hesablamaqla İŞİD-in illik gəliri 1 milyard dollardan yuxarıdır. İndiyə qədər heç bir terror qruplaşmasının bu qədər pulu olmayıb.
Andrey Baklanov yazır ki, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, İraq və Suriyada möhkəmləndikdən sonra “xilafəti” Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar. A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.

“İŞİD liderlərinin fikrincə, həmin ölkələrdə də İslama zidd hökmdarlar var və onları dəyişdirmək zəruridir” deyə, Baklanov yazır.

Yeri gəlmişkən, başqa bir rusiyalı politoloq Qriqori Trofimçuk da Xəzəryanı ölkələrin sammiti ərəfəsi bu dövlətlərin rəhbərliyinə müraciət edərək, onları İŞİD-lə bağlı təhlükənin real qiymətləndirməyə çağırmışdı: “Xəzəryanı ölkələr artıq tamam başqa dünyada yaşayırlar. Yaxın Şərqdə yaradılmış terror təşkilatları olan İŞİD və ya ”Xorasan" tezliklə Mərkəzi Asiya və Xəzərdə olacaq. Onlar məhz bunun üçün yaradılıblar".

Qeyd edək ki, Azərbaycana İŞİD təhlükəsi ilə bağlı ABŞ kəşfiyyatına yaxınlığı ilə tanın “Stratfor” beyin mərkəzi də xəbərdarlıq etmişdi. “Stratfor”un hesabatında deyilirdi ki, Azərbaycanın müsəlman əhalisi arasında da radikal dini qruplara meyli olanlar var və bu, gələcəkdə Bakının başağrısına çevriləcək: “İŞİD-in xilafət elanı indiyə qədər ”öz yuvalarında gizlənən" cihada meylli insanları ruhlandırır. “Onlar ”yuvalarından" çıxa və eyni şeyi öz ölkələrində də istəyə bilərlər. Bu isə potensial təhlükə deməkdir".
Məlumat üçün onu da deyək ki, İŞİD-in ələ keçirdiyi və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin “xəyali xəritəsində” Azərbaycan ərazisi də var.
***
Azərbaycan hakimiyyəti bu təhlükəni ciddi hesab edir və ölkədə dini radikalizm əhval-ruhiyyəli adamların yığışdığı məscidləri nəzarətdə saxlayır. Bugünlərdə isə MTN-in keçirdiyi şok əməliyyat nəticəsində İŞİD və digər terror qruplaşmaların tərkibində döyüşmüş ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı həbs edilib ki, onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib.

İŞİD-ə qarşı başlamış geniş miqyaslı mübarizə əlbəttə ki, bu terrorçu qruplaşmanın “iştəhasını” kəsəcək. Amma bu, tezliklə baş verməyə də bilər. Çünki İŞİD mövqelərinə vurulan ağır zərbələrə baxmayaraq, bu terror qruplaşmasına qoşulanların sayı azalmır. “The Guardian” qəzeti son sayında xəbər verir ki, Avropa, Şimali Amerika və Avstraliyanın radikal baxışlı gəncləri islamçı qruplaşmalara qoşulmaq üçün Suriyaya axın edirlər. Onların sırasında qadınlar da var.

Azərbaycanda İŞİD və digər terrorçu qruplaşmalara qoşulanlar olsa da, onların sayı əlbəttə ki, rus politoloqun iddia etdiyi kimi, hakimiyyəti dəyişəcək səviyyədə deyil. Məsələn, YAP İŞİD-lə bağlı bu cür hədələri ciddi hesab etmir. Hakim partiya hesab edir ki, Azərbaycan dövləti “İŞİD kimi mənasız və oyuncaq bir təşkilatın yüz dəfə cavabını verə bilmək gücündədir”.

Əlbəttə ki, İŞİD-in Azərbaycan və Türkiyədə hakimiyyəti dəyişə biləcəyi mümkün deyil. Türkiyənin İŞİD-lə bağlı tərəddüdlü mövqeyi diplomatlarının azad edilməsindən sonra dəyişməyə başlayıb. Ehtimal var ki, Türkiyə tezliklə anti-İŞİD koalisiyasında öz yerini tutacaq. Türkiyənin İŞİD-lə bağlı dünyanın “şübhəli” hesab etdiyi mövqeyi qətiləşdikdən sonra Azərbaycanla bu məsələdə daha konkret əməkdaşlığa başlayacağı şübhə doğurmur. Çünki bu kimi terror təşkilatları təkcə BTC üçün deyil, bu yaxınlarda təməli qoyulan TANAP-a da ciddi təhlükə törədə bilər.

Azərbaycan hər zaman olduğu kimi beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir. Ölkənin sərhədləri nə qədər etibarlı qorunsa da, xüsusilə qonşu Rusiyada, daha konkret desək, Dağıstanda radikal dini cərəyanlara qoşulanların sayının çox olması, təkcə İŞİD-in deyil, digər terror qruplaşmalarının üzvlərinin də ölkəyə minimal da olsa, sızma ehtimalı var. 2015-ci ilin Avropa Oyunlarının Bakıda keçiriləcəyini də nəzərə alsaq, Azərbaycanın düşmənlərinin yaxın aylarda fəallaşacağı gözləniləndir. Bakı neftinə indi də İŞİD tamah salıb...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap