header

 Müstəcabül-dua olan insanların əlamətləri

Müstəcabül-dua olan insanların əlamətləri

Təsəvvür edək ki, insan elə süfrədə əyləşib ki, qarşısına müxtəlif çeşid yeməklər qoyulmuşdur. Bu yeməklərin ləzzətləri fərqlidir, birinin ləzzəti 10 dərəcədir, o birisininki 20 və üçüncüsününkü 30 dərəcədir. Bu zaman aqil insan ən çox ləzzətə malik olan neməti yeməyə çalışar.  

İlahi övliyalar heç bir zaman behişt nemətlərindən xəbərsiz deyildilər. Onlara göz yummaq ancaq o zaman ola bilər ki, ondan da yüksək ləzzətə malik olan Allahla ünsiyyətə üstünlük versinlər.

Behiştin ən alçaq sarayları belə, dünyanın ən gözəl saraylarından yaxşıdır. Bu saraylar içərisində xüsusi bir saray vardır ki, xüsusi insanlara aiddir. Bu sarayın sakinləri behiştin bütün bu ləzzətli nemətlərinə diqqət etməzlər, ona göz yumarlar. Halbuki, behişt nemətlərinin və içkilərinin ləzzəti dünya ləzzətlərindən çox üstündür. Lakin bu insanlar heç bir behişt nemətinə diqqət etməzlər. Quran buyurur:“Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən)pakedici bir şərab içirəcəkdir”. (“İnsan” 21).

“Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər”. (“Mutəffifin” 25).

“Merac” hədisində oxuyuruq: “Ey Əhməd! Behiştdə elə bir saray vardır ki, lu-lu, mirvari və dürdən tikilmişdir. Onlar bir-birinin üzərində yığılmışdır. Bu sarayda Mənim dərgahımın xüsusi insanları olarlar. Hər gün yetmiş dəfə onlara nəzər salaram, onlarla söhbət edərəm. Malik olduqlarına 70 dəfə genişlik bəxş edərəm. O zaman ki, behişt əhli behişt yeməklərindən və şərablarından ləzzət alar, onlar Mənimlə danışmaqdan ləzzət alarlar”. Peyğəmbər (s) sual verir: “Allahım! Onların əlaməti və nişanəsi nədir?”. Allah Təala cavabında buyurur: “Onlar o zindan əhlidir ki, dillərini çox danışmaqdan, qarınlarını çox yeməkdən həbs ediblər”.

Hər bir mömin vacibatı yerinə yetirməyə xüsusi əhəmiyyət verər. Bu zaman qulağı Allahın qulağı, gözü Allahın gözü, dili Allahın dili, əli Allahın əli olar. Allah buyurar ki, bu cür insan nə dua etsə qəbul edərəm, nə istəsə əta edərəm.

Bu insanlar müstəcabül-dua olarlar. Hansı işi iradə etsələr, yerinə yetirərlər. Axirətdə isə elə məqama çatarlar ki, behişt nemətləri onlar üçün dəyərsiz olar. Onun üçün ən dəyərli şey - Allahın inayətidir. Allah hər nə qədər ona nəzər salar, onun üçün kamal olar. O zamana qədər ki, Allah nəzəri var, o kamala çatar və dərəcəsini qaldırar.

Allah Təala Öz Həbibinə buyurur: “Behiştdə bəndələrim vardır ki, Mənim zatım üçün sərgərdan olarlar. Mələkut aləmində bihuşdurlar, o yerə qədər ki, ixtiyarlarında olan behişt nemətlərinə diqqət etməzlər. Behişt və hurül-eynlər Mənim yanımda onlardan şikayət edərlər. Deyərlər: “Allahım, Sən bizi bu bəndələrin üçün xəlq etmisən. Ancaq onlar bizə etina etmirlər”. Allah onlara cavab verər: “Qoyun, bəndələrim Mənim zatımda bihuş olsunlar. Bu bəndələrin ləzzəti onların Mənimlə və Mənim onlarla söhbət etməyimdədir”. Sonra Sübhan Allah buyurar: “Mən gün ərzində 360 dəfə bu bəndələrə nəzər salaram. Onlar hər nəzərdə varlıqlarında genişlik taparlar. Təkamülə çatarlar”.


Müstəcabül-dua olan insanların əlamətləri
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:50 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap