header

 Ermənistanda sahibkarların etiraz aksiyası davam edir

Ermənistanın Gümrü şəhərində sahibkarlar etiraz aksiyasını davam etdirirlər. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün aksiyada iştirak edən 500-dən artıq şəxs yenidən mərkəzi bazarın yaxınlığında toplaşıb və mərkəzi küçələri bağlayıb.
“Biz seçkidə səs verib seçdiyimiz millət vəkillərimizi tələb edirik. Onlar bura gəlib bu çətin gündə bizimlə birgə olmalıdırlar və gündəlik çörək uğrunda apardığımız mübarizəyə dəstək verməlidirlər. Şirak regionunun deputatları gələnə qədər biz burada dayanacağıq”, - deyə aksiya iştirakçıları bildiriblər. Onlar millət vəkillərinin gəlməyəcəyi təqdirdə, Şirakın regional hökumət binasına yürüş edəcəklərini söyləyiblər.
Hazırda hadisə yerində çoxlu sayda polis əməkdaşları var.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap