header

 "Mazlumder" sədri Mövsüm Səmədovla bağlı səfirimizə məktub göndərdi

"Mazlumder" insan haqları təşkilatı narahatçılığını bildirdi

"Mazlumder" sədrindən Azərbaycan Respublikasının səfirinə məktub

İslamazeri.az-ın verdiyi xəbərə görə, “Mazlumder” insan haqları təşkilatının sədri Əhməd Faruq Ünsal, Azərbaycanın Türkiyədəki səfirliyinə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun son aylarda həbsxanada qarşılaşdığı haqsızlıqlar və özbaşınalıqlarla əlaqədər məktub göndərib.

Hörmətli Zakir Həşimov

Azərbaycan Respublikasının Ankara səfiri

Hörmətli Səfir;

Azərbaycanda 2010-cu ildən başlayan məktəblərdəki hicab qadağasını tənqid etdiyi üçün haqqında hüquqi tədbirlər başladılan; bu çərçivədə "narkotik qaçaqçılığı" ilə ittiham olunaraq həbs olunan və məhkəmə qərarı ilə "dövlət çevrilişinə cəhd məqsədi ilə silahlı şəbəkə qurmaq" ittihamı ilə 12 il həbs cəzası ilə cəzalandırılan Azərbaycan İslam Partiyasının (AİP) sədri Doktor Mövsüm Səmədovun son aylarda həbsxanada qarşılaşdığı haqsızlıq və özbaşınalıqlara etiraz məqsədilə 18 sentyabr tarixindən etibarən aclıq aksiyasına başladığı öyrənilmişdir.

Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədovun həbsxanasının dəyişdirildiyi, bu dəyişiklikdən sonra vəkili və ailəsi ilə görüşdürülmədiyi və köçürüldüyü həbsxanada pis rəftara məruz qaldığı ifadə edilib. Doktor Mövsüm Səmədovun həbsxanada gördüyü pis rəftar səbəbi ilə aclıq aksiyasına başlaması yaxınları tərəfindən bildirilib, ancaq səhhəti barədə həbsxana rəhbərliyi və Ədliyyə Nazirliyi tərəfindən özlərinə heç bir məlumat verilmədiyi ifadə edilib.

"Mazlumder" Doktor Mövsüm Səmədovun səhhəti ilə bağlı narahatdır, ailəsinin və ictimaiyyətin sağlam şəkildə məlumatlandırılmasını, vəkili ilə görüşdürülməsinə maneə törədilməməsini ən fundamental insan haqları baxımından dövlətinizdən gözlədiyini ifadə edir.
"Mazlumder" insan haqları təşkilatı narahatçılığını bildirdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap