Milli Şuranın mitinqinə ilk dəstək «SOVETSKİ»dən
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
Məhəllə sakinləri öz problemlərini nümayiş etdirmək üçün müxalifətin aksiyasına qoşulacaqlar
Əldə etdiyimiz məlumata görə, Milli Şuranın mitinqinə qatılmaqla bağlı ilk qərarı verənlər «Sovetski» camaatı olacaq. Bu gün bir qrup sakin müxalifət düşərgəsinə müraciət edərək, öz problemlərini şüar şəklində səsləndirmək üçün aksiyaya qoşulmaq fikrində olduqlarını çatdıracaqlar.
Qeyd edək ki, «Sovetski» məhəlləsinin camaatının etiraz aksiyasına qoşulmaq niyyətində olması son dövrlər onların evlərinin sökülməsi və bunun müqabilində az miqdarda kompensasiyanın verilməsidir. Bu ilin əvvəlindən başlayan proseslə bağlı bir neçə dəfə aksiya keçirilsə də, hökumət onların tələblərini yerinə yetirməkdən imtina edib. Hazırda isə camaatı «Sovetski»dən zorla çıxarmağa başlayıblar