Əbu-Bəkr Çeçeni öldürüldü
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 12:59:31 PM
Əbubəkr əl-Şişani İŞİD tərəfindən Diyala məntəqəsinə vali təyin edilmişdi.
Məlumatı əl-Əhrar fraksiyasının üszvlərindən olan Hakim əl-Zamuli verib. O deyib: Təhlükəsizlik qüvvələri və xalq müqaviməti dəstələri Əbubəkr əl-Şişani adlanan və Diyalanın valisi kimi tanınan terrorçunu öldürmüşlər. Əməliyyatda digər dörd terrorçu əsir götürülüb. Əməliyyat Diyalanın Babu-Lan kəndində həyata keçirilib.
Qeyd edək ki, Diyala əyalətinin qərb hissəsindəki məntəqələrdə təkfirçi terrorçularla təhlükəsizlik qüvvələri və xalq müqaviməti arasındakı döyüşlər bir neçə aydır ki davam edir.