Hacı Mövsüm Səmədov "kars"dan çıxarıldı
Posted on :
qafqaz
10/16/2017 12:59:31 PM
AİP lideri Mövsüm Səmədov "kars"dan çıxarılıb
Bu barədə AzadXeber.az-a Hacı Mövsüm Səmədovun yaxınları məlumat
verib. Hazırda doktor Səmədovun karantində olduğu bildirilir. Partiya
lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı
müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq "karser"
cəzası verilmişdi.
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin
yanvarından həbsdədir. O, saxta ittihamlarla hakimiyyəti zorla ələ
keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il
müddətinə azadlıqdan məhrum olunub.