header

 Şəhriyar: “Mənim şah əsərim İmam Həsənə (ə) aiddir”

Mərhum Məhəmməd Hüseyn Şəhriyarın yaxınlarından olan Cənab Pirqulam mərhum ustadla bir xatirəsini danışır

Deyir ki, bir gün ustad Şəhriyara dedim, “Ustad, siz də İmam Həsən (ə) haqqında zülm etmisiniz?” Ustad Şəhriyar çox təəccüblə dedi: “Necə məgər?” Dedim “Ustad, sizin Peyğəmbər (s) haqqında, İmam Əli (s), Xanım Zəhra (s.ə) və İmam Hüseyn (ə) haqqında çox gözəl şeir-qəzəlləriniz vardır. Amma İmam Həsən (s) haqqında bir beyt şeir də yazmamısınız?!” Bunu deməyimlə ustad hönkürtü ilə ağlamağa başladı. Dedi, “əzizim, mənim ən gözəl şeirim İmam Həsən (ə) haqqındadır. Mənim şah əsərim İmam Həsənə (ə) aiddir.” Təəccüblə dedim, “Ustad, axı mənə rast gəlməyib elə bir şeiriniz.” Buyurdu: “Bilirsən, hətta əzbər bilirsən, sadəcə, diqqət etməmisən, indi mən bir misra oxusam, sona qədər əzbərdən oxuyacaqsan.” Ustad sonra başladı həmin şeiri oxumağa. Baxdım ki, həqiqətən, çox məşhur şeiridir, lakin o vaxta qədər kimsə onun İmam Həsən (ə) haqqında yazıldığını bilmirdi...

Mərhum ustadın həmin şeirini tərcümə və müxtəsər şərhi ilə bütün İmam Həsən Müctəba(ə) və şəhriyarsevərlərə təqdim edirəm:

 
تا هستم ای رفیق ندانی که کیستم
روزی سراغ وقت من آئی که نیستم
در آستان مرگ که زندان زندگیست
تهمت به خویشتن نتوان زد که زیستم
پیداست از گلاب سرشکم که من چو گل
یک روز خنده کردم و عمری گریستم
طی شد دو بیست سالم و انگار کن دویست
چون بخت و کام نیست چه سود از دویستم
گوهرشناس نیست در این شهر شهریار
من در صف خزف چه بگویم که چیستم

Ey dost, mən həyatda olduqca kim olduğumu bilməyəcəksən,
Bir gün məni tapmağa çalışacaqsan ki, artıq o gün mən yoxam.
(Burada İmam Həsənin (ə) zövcəsi Codəyə xitab edilir)

Həyat zindanı olan ölüm astanasında (ərəfəsində),
İnsan özünə yaşadım deyə, töhmət vura bilməz (buna yaşamaq demək olmaz).
(İmam Həsən (ə) həm dostları tərəfindən tək qoyulmuşdu, həm də öz zövcəsi tərəfindən zəhərlənmişdi. Muaviyə İmamın ətrafında olanların əksəriyyətini daş-qaşla, bir qrupunu da qorxu yolu ilə o Həzrətdən uzaqlaşdırmışdı. Hətta İmamın (ə) öz babası Peyğəmbərin (s) məzarı yanında dəfn edilməsinə imkan verilmədi, tabutu oxlandı.) 

Göz yaşımın gülabından (gül suyu) bəlli olur ki, mən də bir gül kimi,
Bir gün açıldım gülümsədimsə, ancaq bir ömür ağladım.
(İmam Həsənin (ə) müsibəti haqqında yazılan bütün cild-cild kitablar bu beytdə qeyd edilib.)   

Qırx il yaşadım, ancaq elə sanarsan ki, iki yüz yaşındayam,
Bəxtim olmayacaqsa, kam ala bilməyəcəyəmsə, iki yüz ildən nə xeyir?

Münsiflik qiyməti sıfır olan müddəi özü,
Səbir və dözümlülük sınağında mənə 5 qiyməti verər

(Bir gün Müaviyə öz yaxınlarını, məmurlarını toplayır başına, deyir, kim deyə bilər, Hal-hazırda dünyanın ən yaxşı insanı kimdir? Hərə bir söz deyir, biri Muaviyyənin özünü, biri oğlu Yezidin dünyanın ən yaxşı insanı olduğunu deyir. Muaviyə  deyir ki, hamınız insafsızsınız, əgər doğru-düzgün demək istəsək, gərək hamımız deyək ki, hal-hazırda dünyanın ən yaxşı insanı Həsən ibn Əlidir. Ustad Şəhriyar bu beytdə həmin hadisəyə işarə etmişdir.)  

Bu şəhərdə cəvahir tanıyan yoxdur, Şəhriyar,
Mən saxsılar sırasında necə deyim ki nəyəm?!(kiməm)
(Burada da Ustad İmam Həsənin (ə) dili ilə Mədinə şəhərinə xitab edib, həmin şəhər sakinlərinin vəfasızlığına işarə etmişdir.)    
Mərhum Məhəmməd Hüseyn Şəhriyarın yaxınlarından olan Cənab Pirqulam mərhum ustadla bir xatirəsini danışır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap