header

 “Mövsüm Səmədova qarşı haqsızlıqlara son verilməsə, hamı ayağa qalxacaq”

AiP-in Gəncə Rayon Komitəsi Mövsüm Səmədova qarşı tətbiq olunan cəza tədbirlərinə sərt bəyanatla çıxış edib.

Azərbaycan İslam Partiyasının Gəncə komitəsi özək üzvlərinin də qatıldığı geniş toplantı keçirib.
İclasda AİP sədri hacı Mövsüm Səmədova qarşı yol verilən haqsızlıqlar, bu dözülməz halın aradan qaldırılması üçün etiraz aksiyalarının təşkili və digər məsələlər müzakirə olunub.

Komitə üzvləri saxta ittihamlarla həbs olunmuş AİP sədrinin dərhal azad olunması tələbi ilə davamlı mitinqlər təşkil etməyin tərəfdarı kimi çıxış ediblər.

M. Səmədovun bu günə qədər saxlanıldığı 11 saylı həbsxanadan çıxarılaraq şəhərdən uzaq,  dözülməz şəraitli cəzaçəkmə müəssisəsinə göndərilməsini kəskin şəkildə pisləyən komitə üzvləri bütün bu haqsızlıqlara qarşı adekvat addımlar atılmasının vacibliyini vurğulayıblar.

Partiya rəhbərliyinin yekun qərarını gözlədiklərini deyən komitə səlahiyyətlisi Fizuli Abbasov qarşıdakı günlərdə həmin qərara əsasən hərəkət edəcəklərini diqqətə çatdırıb.

Komitə üzvləri hacının xüsusi cəza rejiminə salınmasını ona qarşı qərəz hesab edərək, kəskin pisləməklə qəbul etdikləri bəyanatda AİP sədrinin dərhal “kars”dan azad edilməsini tələb ediblər.
AiP-in Gəncə Rayon Komitəsi Mövsüm Səmədova qarşı tətbiq olunan cəza tədbirlərinə sərt bəyanatla çıxış edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap