“Əl-Qaidə” terrorçuları husilərə hücumları artırdı
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
Yəməndə terrorçular teraktlara davam edir
Terrorçular paytaxt Sənada yerləşən nəzarət məntəqəsinə partlayıcı yüklü avtomobil vasitəsilə hücum ediblər. Nəticədə 5 nəfər ölüb. Çox sayda mülki əhali də yaralanıb.
Digər terakt isə Mareb şəhərində yerləşən Əl-Cufra xəstəxanasında reallaşdırılıb. Ölən və yaralananlar olsa da, dəqiq sayları barədə məlumat verilməyib.