header

 Əli Kərimli: "İndi İlham Əliyevin daxili və xarici siyasətinin iflasa uğradığını əminliklə demək olar"

 AXCP sədri Əli Kərimli Rusiya Dumasının anti-Azərbaycan mövqeyi və şovinist çıxışları ilə tanınan deputatı Vladimir Jirinovskinin Bakıya dəvəti və ən yüksək səviyyədə qəbulu ilə bağlı fikirlərini paylaşıb. AXCP sədrinin dünən özünün Facebook səhifəsində yerləşdirdiyi yazıda deyilir:

"İlham Əliyev bunu da etdi. Bu gün o, Jirinovski ilə görüşüb. Həmin Jirinovski ilə ki, azərbaycanlıları hamılıqla qoyun adlandırmış, Qarabağla bağlı hər zaman ermənipərəst mövqe tutmuş, hətta Ramil Səfərovun azad edilməsinə görə erməniləri qisas almağa çağırmış, qeyri–ciddiliyi hər kəsə məlum (Ziyafət Əsgərov da onu təlxək adlandırmışdı) biridir. Hökumət agenturasının İlham Əliyevin bu hərəkətinə necə haqq qazandıracağını maraqla gözləyirəm.
Gəlin, nəzərə alaq ki, Jirinovski ilə görüş yeni bir başlanğıc deyil, nəticədir. İqtidarın beynəlxalq təcridinin nəticəsidir. İndi İlham Əliyevin daxili və xarici siyasətinin iflasa uğradığını əminliklə demək olar. Barak Obamanın Azərbaycandakı vəziyyəti sərt tənqid edib, buradakı kimi rejimlərin qeyri-sabitliyə, yaxud ekstremizmə zəmin yaratdığını açıq bildirməsi əslində mühüm bir mərhələyə nöqtə qoydu. Ona görə ki, bu çıxış Avropa Şurasının Azərbaycandakı siyasi məhbuslarla bağlı məruzəçi təyin etməsinin, Avropa Birliyi parlamentinin sanksiyalarla hədələyən qətnaməsinin, ATƏT və BMT ekspertlərinin kəskin açıqlamalarının ardından gəldi. İndi hökumət üçün heç bir manevr imkanı qalmayıb. Hamı bunları tənqid edir, tələb irəli sürür, sanksiya ilə hədələyir ki, öz xalqına hörmət et.

İndi çarələri olmadığı üçün elə təqdim edirlər ki, guya dünyanın onlar haqda nə düşündüyü bunların vecinə deyil. Yalan deyirlər. Əksinə, onları heç vaxt Azərbaycan xalqının nə düşündüyü maraqlandırmayıb. Gözləri, televiziya kameraları həmişə əcnəbilərin ağzında olub.
Dünyanın sizin barənizdə nə düşündüyü sizi maraqlandırmırdısa, niyə Avroviziya yarışmasına 500 milyon manatdan artıq pul xərcləyirdiniz? Niyə gələnilki Avropa çempionatına xalqın milyardlarını xərcləyirsiniz? İndiyə qədərki bütün seçki kampaniyalarını İlham Əliyevin xarici dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə isti münasibətləri üzərində qurmurdunuzmu? Azərbaycan xalqı özü kürüyə həsrət olduğu halda tonlarla qara kürünü rüşvət kimi niyə Avropaya daşıyırdınız? Bu xalqın bu qədər problemləri varkən, Avropanın muzeylərini, qəsrlərini təmir etdirmək sizəmi qalmışdı? Bəs lobbi işinə xərclənən 100 milyonlarla manatlıq vəsaiti niyə bu xalqın boğazından kəsirdiniz?

Öz sülalə hakimiyyətinizə beynəlxalq dəstəyi təmin etmək üçün lap ürəyiniz gedirdi. Alınmadı. Əvvəl alınırdı. Dünya siyasətində korrupsionerlərin xüsusi çəkisi artıq olan vaxtlarda neft müqaviləsi ilə, digər çoxmilyonluq müqavilələrlə, kürü və s. bəxşişlərlə xeyli adamı ya ələ ala, ya da susmağa vadar edə bilmişdiniz. Bəli, bu o zaman idi ki, bəzi Avropa liderləri pul üçün hətta Qəddafiyə belə yaltaqlanırdılar. Burada da dəb yaranmışdı, oliqarxlardan pulunu alıb, müxalifət düşərgəsini tərk edənlər guya bu addımı “İlham Əliyevin uğurlu xarici siyasətini” dəstəklədikləri üçün atdıqlarını deyirdilər (öz aləmlərində hələ daxili siyasəti tərifləməyə utanırdılar). O zamanlar nəinki ABŞ, Avropa Birliyi, hətta Avropa Şurası çox mötəbər qurum sayılırdı.

Amma sonra çox şey dəyişdi. Əvvəla, həddindən artıq çoxalmış milyardlar, qeyri–məhdud səlahiyyət, cəzasızlıq sizlərə məsuliyyət hissini unutdurdu. Azğınlıq da, qəddarlıq da, kin də bütün əndazəni aşdı. Açıq–aşkar xalqa divan tutmağa başladınız. Qərbdəki köhnə dostlar üçün də sizi müdafiə etmək çətinləşdi. Elə mühit yaratdınız ki, vicdanlı adamların bu baş verənlərə susması qeyri–mümkün oldu. İkincisi, Ərəb inqilabları və sosial şəbəkələr dünyanı dəyişdi. Bir tərəfdən Qərbdə də hamının yadına düşdü ki, diktatorlar nə qədər qəddar olur–olsun, sonda xalqlarına məğlub olurlar, digər tərəfdən isə sosial şəbəkələr vasitəsilə daha da məlumatlı olan Qərb cəmiyyəti öz liderlərinə qarşı tələbkarlığı artırdı, açıq mesajlar verdilər ki, korrupsioner diktatorlarla iş birliyinə dözməyəcəklər.

Beləliklə, bizim hökumətin bazarı bağlandı. İndi o “bazar”da bir neçə nəfər ən şərəfsiz alverçilər qalıb. Amma onlar da bir şey bacarmırlar. Mədəni dünya korrupsionerlərlə oturub–durmağı artıq özünə yaraşdırmır.

Elə bilirsiniz, rejim xoş günündən Jirinovskiyə möhtac olub?".
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap