Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI
Posted on :
qafqaz
10/16/2017 12:59:31 PM
HHQMMK başda ölkə başçısı olmaqla, bütün məsul şəxslərdən tezliklə, M. Səmədova qarşı təzyiqləri qəti şəkildə dayandırılmasını tələb edir!
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə
əsasən, vətənimizin ağır müharibə və çətin durumda olduğu bir şəraitdə
öz elmi, əməli və imanı ilə zəmanəsinin bütün alim, ruhani, ziyalı və
möminlərinə nümunə olan, Quran və Əhli-Beyt (əleyhimussalam) məktəbinin
ən sevimli şagirdi, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm
Səmədov qardaşımızın, zindanda olmasına baxmayaraq, haqq-ədalət uğurunda
səsləndiyinə görə, sifarişli şəkildə yenidən “karsa” salınması və
əziyyət olunmasını, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə
Komitəsi qəti olaraq, pisləyir və başda ölkə başçısı olmaqla, bütün
məsul şəxslərdən tezliklə, Azərbaycan İslam Partiyasının sədri Hacı
Mövsüm Səmədova qarşı təzyiqləri qəti şəkildə dayandırılmasını tələb
edir!
Mudafiə Komitəsi mətbuat şöbəsi