header

 Qurban bayramının namazı

Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq

Məsələ: Fitr və Qurban bayramlarının namazı İmam əleyhissəlamın hüzuru zamanında vacibdir və gərək camaat ilə birlikdə qılınsın. Bizim zamanımızda İmam (əleyhissalam) qeybdədir və bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbbdir.

Məsələ: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.

Məsələ: Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir.

Məsələ: Fitr və Qurban bayramı namazları iki rükətdir. Belə ki, hər rükətdə Həmd və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rükətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rük`ətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.

Məsələ: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:

Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Məsələ: İmam (əleyhissalam) qayib olan zamanda, əgər Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, lazım ehtiyat odur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Məsələ: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rükətində «Şəms» (91-ci surə) surəsini və ikinci rük`ətində «Ğaşiyə» (88-ci surə) surəsini oxusun və yaxud birinci rükətdə «Səbbihismə» (87-ci surə) surəsini və ikinci rükətdə «Şəms» (91-ci surə) surəsini oxunsun.

Məsələ: Bayram namazını səhrada qılmaq müstəhəbbdir. Həmçinin Məkkədə, Məscidul-həramda da qılınması müstəhəbbdir.

Məsələ: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Məsələ: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər münfərid qılsın, həmd-surəni uca səslə qılması müstəhəbbdir.

Məsələ: Fitr bayramı axşamının şam və xiftən namazından, sübh namazından və Fitr bayramının namazından sonra bu təkbirləri demək müstəhəbbdir.

Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, əllahu əkbər, əla ma hədana.

Məsələ: Müstəhəbbdir ki, INSAN Qurban bayramında birincisi bayram gününün zöhr namazı, axrıncısı isə on ikinci günün sübh namazı olan on namazdan sonra keçmiş məsələdə olan təkbirləri desin və sonra əlavə etsin:

Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ənam vəlhəmdu lillahi əla ma əblana.

Amma Qurban bayramını Minada olsa, birincisi bayram gününün zöhr namazı, axırıncısı isə Zil-hiccə ayının on üçüncü günü sübh namazı olan on beş namazdan sonra bu təkbirləri desin.

Məsələ: Qadınların bayram namazına getməkdən çəkinmələri ehtiyat-müstəhəbbdir. Amma bu ehtiyat, qoca qadınlara aid deyil.

Məsələ: Bayram namazında da başqa namazlar kimi mə`mum gərək Həmd və surədən başqa namazın qalan zikrlərini özü oxusun.

Məsələ: Əgər məmum, imam təkbirlərdən bir neçəsini söylədikdən sonra özünü çatdırarsa, imam rükuya əyildikdən sonra, imamla birlikdə söyləmədiyi təkbir və qunutları özü deməlidir. Əgər hər qunutda bir «Subhanəllah», ya bir «Əlhəmdu lillah» desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər buna da fürsət olmasa, kifayətdir ki, imama tabe olub rükuya getsin.

Məsələ: Əgər bayram namazında şəxs namaza yetişərkən, imamın rükuda olduğunu görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər.

Məsələ : Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazda səhv səcdəsini vacib edən bir əməl qarşısına çıxarsa, iki səhv səcdəsi etməsi lazımdır.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap