header

 Bu gün İmam Cavadın (ə) şəhadətə yetişdiyi gündür

İmam Məhəmməd Təqi (ə)-ın şəhadətə yetişdiyi gündür25 sentyabr - 30 Zülqədə 9-cu imam Məhəmməd Təqi (ə)-ın şəhadət günüdür.

195-ci hicri ilin Rəcəb ayının onunda həzrət imam Rzanın (ə) ailəsində Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı pak və iffətli bir anadan dünyaya gəlib. Xəyzəran Peyğəmbərin (s) həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlərlə tanınıb. Həzrətin (ə) ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar. Cavad ərəb dilindən tərcümədə “alicənab”, "səxavətli" deməkdir.

İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi: "Həzrətin (ə) dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan".

Atası vəfat edən zaman İmam (ə) hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Doqquzuncu imam Həzrət Cavad (ə) 9 yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamlıq peyğəmbərlik kimi ilahi bir missiyadır və bəndələrini bu vəzifə ilə yalnız Allah vəzifələndirir. Deməli, yaş həddinin bu məsələyə heç bir aidiyyatı yoxdur.

İmamın (ə) şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunub. Böyük tarixçi İbn Şəhraşub bu barədə belə yazır: "Xəlifə Mötəsim İmama (ə) qarşı bəslədiyi kin-küdurət üzündən İmamın (ə) arvadı Ümmü Fəzli o Həzrəti (ə) öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli İmamı (ə) zəhərləyib şəhid etməyə sürüklədi."

İmam Təqi (ə) 220-ci hicri ilinin Zülqədə ayının 30-da, çərşənbə axşamı günü 25 yaşında ikən Xəlifə Mötəsimin vasitəsilə zəhərləndirilərək şəhid edildi. Pak bədəni babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki İmamın (ə) mübarək məzarı Kazimeyn adı ilə tanınır və müsəlmanların ziyarətgahıdır.

Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (a) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki imam Rzanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək “Bab əl-Cavad” (Cavad qapısı) adlanır.

İslamazeri.az İnternet Qəzeti olaraq, bu hüznlü gün münasibətilə başda İmam Zaman (ə.f) olmaqla, dünya müsəlmanlarına baş sağlığı veririk.
İmam Məhəmməd Təqi (ə)-ın şəhadətə yetişdiyi gündür25 sentyabr - 30 Zülqədə 9-cu imam Məhəmməd Təqi (ə)-ın şəhadət günüdür.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap