header

 Ayətullah Şirazi: "İraq və Suriyada yaşananlar məzhəbi ifratçılığın nəticəsidir"

Müsəlmanlar öz aralarındakı müştərək mövzuları əsas götürərək bir-birləri ilə yaxınlaşmalıdırlar"

tanınmış mərcələrdən olan Ayətullah Məkarim Şirazi, İslam alimlərinin bir-birləri ilə ciddi əlaqə qurmaları və bunun əhəmiyyəti barədə danışıb: 

"İslam alimləri bir-birlərindən uzaqlaşarlarsa düşmənlər meydana girərək zəhər püskürtməyə başlayar, ixtilaf toxumları səpər, ortalığı bulandırar və sonra da ortaya çıxan xaotik vəziyyətdən öz mənfəətləri üçün faydalanarlar. Bu səbəbdən də İslam alimlərinin davamlı əlaqələri olmalıdır.  

Bu gün dünya xalqları materialist düşüncədən yorulub və taqətsiz haldadır. İnsanlar ruhlarının ehtiyaclarını ödəyəcək dəyərləri ehtiva edən həyat axtarışındadırlar. Bu dəyərləri ehtiva edən tək həyat proqramının isə uca İslam dini olduğu barəsində heç şübhə yoxdur. Bu fürsəti yaxşı qiymətləndirməliyik. Gələcəkdə dünyanın dini İslam dini olacaq.  

Müsəlmanlar arasındakı vəhdət və qardaşlıq duyğusunu qorumaq ən əhəmiyyətli və hədəfə doğru atılmalı olan ilk addımdır. Müsəlmanlar öz aralarındakı müştərək mövzuları əsas götürərək bir-biriləri ilə yaxınlaşmalıdırlar. İkinci addım isə bütün məzhəblərdə ifratçılığın qarşısının alınmasıdır. Çünki məzhəblərdə ifratçılıq baş verən zaman vətəndaş müharibəsi və məzhəb döyüşündən başqa nəticəsi olmaz. Bu gün İraq, Suriya, Yəmən və digər İslam ölkələrində tökülən qanların təməlində məzhəbi ifratçılıq dayanır. İslam dini ünsiyyət, sevgi və mərhəmətlə eyniləşmiş, tanınmış bir dindir. Bu səbəbdən müsəlmanların zorakılığı tərifləməsi qəbul edilməzdir."
Müsəlmanlar öz aralarındakı müştərək mövzuları əsas götürərək bir-birləri ilə yaxınlaşmalıdırlar"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap