İslamçılar repressiyalara qarşı
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
Natiq Kərimov: «Yaşananlar repressiyaların yeni dalğasıdır». Rövşən Əhmədli: «Hazırda baş verənlər ölkədə normal dövlət qurulmasını istəyənlərin ümumi repressiyasıdır»
Hakimiyyətin yürütdüyü repressiv siyasət vətəndaş cəmiyyətinin fəal institutlarını sıradan çıxarmağa yönəldiyi hiss olunur. Demokratik düşərgə təmsilçilərinin həbsi heç şübhəsiz sərt reaksiyasız keçinmədi. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda baş verənləri sərt tənqid edərək bu cür addımların yolverilməz olduğunu qeyd ediblər.
Münasibətini öyrəndiyimiz şəxslər də vətəndaş cəmiyyətinə qarşı hücumları sərt tənqid etdilər. “Ərdəbil Məhde Təşəyyo ” -ın "Islamtimes"-a istinadən görə , Nardaranÿ Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov bildirdi ki, baş verən reprressiyalar hakimiyyətin neçə ildir yürütdüyü siyasətin tərkib hissəsidir.
Yaşananların repressiyaların yeni dalğasının tərkib hissəsi olduğunu deyən N. Kərimov baş verənlərin yolverilməz olduğunu dedi: “Mən hakimiyyətin bu cür davranışlarına, cəmiyyətin aydın kəsiminin həbsə atılmasına qəti etiraz edirəm. Azərbaycanda azad sözə, azad fikrə qarşı basqı pik nöqtəsinə çatıb. Hakimiyyət xarici təzyiqlərdən yayınmaq üçün daxidə ona etiraz edə biləcək qüvvələri sıradan çıxarır. Amma bu siyasət uzun müddət davam edə bilməz”.
N.Kərimov hesab edir ki, həbs olunan şəxslərə qarşı irəli sürülən ittihamlar reallıqdan çox-çox uzaqdır: “Rauf Mirqədirova, Rəsul Cəfərova, Anar Məmmədliyə, Intiqam Əliyevə, Leyla və Arif Yunuslara qarşı irəli sürülən ittihamlar sadəcə olaraq absurddur. Vətənini sevən bu şəxslərin dövlətə xəyanət etməsi qəbulolunmazdır”. N.Kərimov onu da vurğuladı ki, təmasda olduğu şəxslər də hakimiyyətin yürütdüyü repressiyaları sərt şəkildə tənqid edirlər.
Qarabağ uğrunda islami müqavimət hərəkatının sədriÿ Rövşən Əhmədli də hesab edir ki, hazırda baş verənlər ölkədə normal dövlət qurulmasını istəyənlərin ümumi repressiyasıdır. Hakimiyyətin ona qarşı yönələn beynəlxalq təpkilərə də reaksiya verməməsinə diqqət çəkən R.Əhmədli vurğuladı ki, iqtidar bu cür davranışı ilə onu sübut etməyə çalışır ki, ona heç bir təzyiq təsir etmir: “Hakimiyyət yürütdüyü siyasət ilə cəmiyyəti xof içində saxlamağa çalışır.
Hakimiyyətin addımları ölkədə bütün demokratik təssisatların bağlanmasına yönəlib. Hakimiyyətin siyasi rəqiblərini sıradan çıxarmaq üçün elə bir ciddi əsasa da ehtiyac yoxdur. Bir rəqibini qeyri-qanuni biznes fəaliyyətində ittiham edir, digərini vergi ödəməməkdə suçlayır, başqa birisini vətənə xəyanətdə ittiham edir. Ittihamların hamısı reallıqdan uzaq olsa da, bu hakimiyyət üçün böyük əhəmiyyət kəsb edir. Istənilən ad altında istənilən vətəndaşı həbs etmək olar”.
R.Əhmədli hesab edir ki, hakimiyyət hazırda atdığı addımlarla güclü görünməyə çalışsa da, baş verənlərlə cəmiyyəti qorxutmaq mümkün deyil. “Hazırda hakimiyyətin sərgilədiyi siyasət dövlətimiz üçün müsbət perspektivlər vəd etmir”, deyə R.Əhmədli vurğuladı.