header

 Mövsüm Səmədovla görüşə icazə verilmədi - Dəyanət Səmədov da xüsusi cəzaçəkmə rejiminə salınıbmış

Vəkilin dəqiqləşdirə bilmədiyi məlumata görə, Mövsüm Səmədovun cərimə təcridxanasından sabah çıxması gözlənilir.

dünən xəbər verildiyi kimi, Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədov yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına (karsa) salınıb.

Vəkil Anar Qasımlı bunun səbəblərini öyrənmək üçün AİP rəsmilərindən hacı Elçin Manafov, Elşən Orucov, Vüqar İbayev və Akif Heydərli ilə birlikdə bu gün 12 saylı cəzaçəkmə müəssisəsinə, Mövsüm Səmədovla görüşə gedib.

Vəkil müəssisənin rəhbərliyinə müraciət edərək hacı ilə təkbətək görüşə cəhd edib. Buna baxmayaraq, hacı Mövsüm xüsusi cəza rejimində (karsda) olduğu üçün onunla görüşə icazə verilməyib. Lakin vəkil Dəyanət Səmədovla görüşə bilib. Aydın olub ki, Dəyanət Səmədov da xüsusi cəzaçəkmə rejimindən yenicə çıxıb. Onun cərimə təcridxanasına salınmasının səbəbi gecə namazı qılması olub.

Amma Dəyanət Mövsüm Səmədovun hansı səbəbdən karsa salınmasından xəbərsiz olub.

Dəyanət Səmədov həmçinin deyib ki, bu qanunsuzluğa etiraz olaraq hacı Mövsüm həbsxananın verdiyi qidanı qəbul etməkdən imtina edib.

Vəkilin dəqiqləşdirə bilmədiyi məlumata görə, Mövsüm Səmədovun cərimə təcridxanasından sabah çıxması gözlənilir.

Cəzaçəkmə müəssisəsinin rəisi vəkil Anar Qasımlını qəbul etməkdən imtina edib.

AİP funksionerləri bildiriblər ki, hacı Mövsüm Səmədovla görüşə icazə verilmədiyi üçün partiya adından Ədliyyə Nazirliyinə və Penitensiar xidmətin rəisinə rəsmi müraciət ediləcək.

Yaxın günlərdə Mövsüm Səmədovun xüsusi cəzaçəkmə rejiminə salınmasının səbəbləri araşdırılacaq.

 

Vəkilin dəqiqləşdirə bilmədiyi məlumata görə, Mövsüm Səmədovun cərimə təcridxanasından sabah çıxması gözlənilir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap