Hacı Mövsüm Səmədovun "kars" müddəti daha 7 gün uzadıldı
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
Hacı Mövsüm Səmədovun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb
Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində 5 gün müddətinə cərimə təcridxanasına (karsa) salındığı barədə xəbər vermişdik.
Bu gün Mövsüm Səmədovun “kars” müddəti başa çatdığı üçün AİP-in mətbuat xidməti 12 saylı cəzacəkmə müəssisəsi ilə əlaqə saxlayaraq, məsələ ilə maraqlanıb. Həbsxanadan bildiriblər ki, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb.