header

 İŞİD-ə qoşulmuş azərbaycanlı ailələr Suriyada öldürüldü

Suriyada azərbaycanlı ailələrin də olduğu İŞİD-in nəzarətində olan əraziyə hücum edilib.


Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, Suriyanın Hələb bölgəsində İŞİD tərəfdarı olan Azərbaycan və Qazaxıstandan olan ailələr öldürülüb.

 

Bu haqda yazan İŞİD üzvü Əbu İbrahim Mühacir bildirir ki, Hələbdə İŞİD qüvvələri Nürəddin abu Zinkin əmirliyi altında olan silahlı qruplaşmanın hücumuna məruz qalıb: “Təlim keçiriləcəkdi, nəzarət üçün Ömər Şişani də gəlmişdi. 150 döyüşçü 10 müəllimin nəzarəti ilə təlim başladı. Lakin kimsə bizi satmışdı və qəfil hücum oldu. Qardaşlar hücumu dəf etmək üçün mövqe seçə bildilər. Nəticədə, hücum dəf edildi və onlardan əsirlər götürülüdü. Qorxaqlar başladı ağlamağa ki, biz qardaşıq, niyə bir-birimizi öldürək. Amma əmirləri ağlamırdı. Hansı ki, onların xüsusi planı var idi. Bir neçə satqından başqa, digərləri sərbəst buraxıldı, eləcə də əmirləri Nürəddin əbu Zink də”.

Məlumata görə, bu hücumdan bir neçə gün sonra Nürəddin əbu Zinkin silahlıları Şeyx Süleyman kəndinə hücum ediblər. Hücum nəticəsində kənddə olan Azərbaycan və Qazaxıstandan gəlmiş mühacir ailələr öldürülüb. Onların sayının 100-ə qədər olduğu deyilir.

Suriyada azərbaycanlı ailələrin də olduğu İŞİD-in nəzarətində olan əraziyə hücum edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap