header

 Azərbaycanın İran iqtisadiyyatına investisiya qoyması rəsmiləşir

Rəsmi Tehran bəyan edir ki, Azərbaycan İran iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiya qoyur,; cənub qonşunu oliqarxlarımız üçün cəlbedici edən nədir

 

Azərbaycanın iş adamları İranın enerji sahəsinə investisiya yatırmağa başlayıb. Bu barədə bir qədər əvvəl “Yeni Müsavat”da özəl mənbələrə istinadən yazı dərc olunmuşdu. Xüsusən də Azərbaycanın bir sıra nüfuzlu iş adamlarının, məmurların İrana səfərlərinin arxasında dayanan əsas səbəbin məhz investisiya imkanlarını araşdırmaq olduğunu qeyd etmişdik. Çünki hazırda bu ölkənin sanksiyalardan sonra dünya bazarına açılan enerji sektoru xarici şirkətlər, o cümlədən Azərbaycan iş adamları üçün cəlbedici görünür. 

 Ötən həftə Azərbaycana səfər edən İran İqtisadiyyat Nazirliyinin İnvestisiyalar, İqtisadi və Texnoloji Yardım Təşkilatının iqtisadi əlaqələr üzrə baş direktoru Sadiq Əkbəri bildirib ki,  İran Azərbaycanın ölkə iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır. 

Onun sözlərinə görə, azərbaycanlı sərmayəçilərin İranın metallurgiya və dağ-mədən sənayesi sahələrində iştirakı üçün geniş imkanlar yaradılıb. İran rəsmisi həmçinin Azərbaycanın investisiyalarının kənd təsərrüfatı və turizm kimi sahələrə də yatırıla biləcəyini deyib.

 Nazirlik nümayəndəsinin sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı investisiyalar, sənaye və ticarət sahələrində əməkdaşlıq haqqında da razılıq əldə olunub. Trend agentliyinin iki ölkənin qarşılıqlı sərmayələrin həcmini razılaşdırmaları barədə sualına cavab olaraq Əkbəri bildirib ki, hökumətlərarası iclas çərçivəsində belə həcmlər ətraflı müzakirə olunmur, lakin tərəflər investisiyalar sahəsində ikitərəfli əməkdaşlığın bütün potensialından istifadə etmək barədə razılığa gəliblər.

 Qeyd edək ki, bu il martın 16-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İrana səfər edib. Ölkə prezidenti, o cümlədən hökumətin iqtisadi blokuna daxil olan yüksək rütbəli məmurlarla görüşən K.Heydərov İranın şərqinə, ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərinə gedib. Vilayətin valisi Əli Rza Rəşidianla keçirilmiş görüşdə nazir K.Heydərov bildirib ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin təşkil edir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur.

 Həmin vaxt İrana məhz K.Heydərovun getməsi və Azərbaycan prezidentinin “özəl təmsilçisi” (İran informasiya agentlikləri K.Heydərovu bu cür təqdim etmişdilər – K.R) qismində görüşlər keçirməsi, xüsusən də iqtisadiyyat, investisiya imkanları ilə bağlı müzakirələr aparması Azərbaycanın iş adamlarının İrana yatırım qoymağa hazırlaşdığını deməyə əsas verirdi. Qeyd edək ki, bu səfərdən bir qədər əvvəl İran hökuməti ölkənin enerji və sənaye sahəsinə xarici investorların cəlb olunacağını elan etmişdi. Bu istiqamətə azərbaycanlı oliqarxların maraq göstərməsi bir çox aspektlərdən, o cümlədən Azərbaycanla həmsərhəd olması, din, dil və mədəni yaxınlıq, eləcə də İranın digər Yaxın Şərq ölkələri ilə müqayisədə sabit ölkə olması faktoru baxımından uyğun hesab olunurdu. 

 

İndi isə artıq rəsmən təsdiqlənir ki, Azərbaycan oliqarxları İran iqtisadiyyatına yatırım qoymağa başlayıb. İranın coğrafi baxımdan Azərbaycana yaxın olması, böyük bazar, eyni zamanda zəngin enerji və mineral ehtiyatlara sahib olması Azərbaycan iş adamları üçün bu ölkəni cəlbedici edir. Üstəlik, digər region ölkələri, eləcə də MDB məkanı ilə müqayisədə İranın daha sabit ölkə olması Azərbaycan oliqarxları üçün diqqətə almağa layiq fakt ola bilər. Çünki təcrübədə Liviya, İraq və Suriya kimi ölkələrdə olanlar göstərdi ki, investisiya üçün mühüm şərtlərdən biri də sabitlikdir. 

 Beləliklə, artıq Azərbaycan oliqarxlarının İrana yatırım qoyması rəsmiləşir. Belə aydın olur ki, iki ölkə arasında münasibətlərin son dövrlərdə sürətlə yaxınlaşmanın da arxasında məhz bu amil dayanırmış. İstənilən halda bu, hər iki ölkənin maraqlarına cavab verir. Ancaq eyni zamanda İran kimi ölkələrdə biznes hər zaman həm də siyasi qərarlara bağlıdır. Bu mənada Azərbaycan oliqarxlarının İrandakı biznesi rəsmi Tehranın Bakı ilə münasibətlərinə adekvat olacaq. 

 

Rəsmi Tehran bəyan edir ki, Azərbaycan İran iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiya qoyur,; cənub qonşunu oliqarxlarımız üçün cəlbedici edən nədir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap