header

 AİP liderinin səhhəti ilə bağlı həyəcan təbili çalındı

“AİP lideri Mövsüm Səmədov 4 gündür karsda aclıq elan edir. O, ancaq su ilə qidalanır. Hazırda onun səhhətində ciddi problemlər var.”

Bu barədə AzadXeber.az-a Mövsüm Səmədovun yaxınları məlumat veriblər. AİP liderinin səhhətində problemlərin olduğunu söyləyən mənbənin sözlərinə görə, onunla görüşə heç kim buraxılmır: “Mövsüm Səmədov yaranmış problemlə bağlı ictimaiyyətə müraciət etmək üçün təkidlə kağız-qələm istəsə də, həbsxana rəhbərliyi tərəfindən şərait yaradılmır. Mövsüm Səmədov da bütün baş verənlərə etiraz olaraq 4 gündür aclıq aksiyası edir və yalnız su ilə qidalanır.” 

 Qeyd edək ki, bir neçə gün bundan öncə digər ilahiyyatçı alim Taleh Bağırzadənin durumu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət etmişdik. Həmin vaxt Penitensiar Xidmətdən bildirmişdilər ki, məhkumun yerdəyişdirilməsi, onun barəsində təsdiq olunan tənbeh tədbirləri ilə bağlı penitensiar xidmət cəzanı icra edən orqan olaraq məlumat vermək hüququna malik deyil. Cəza icra məcəlləsinin 16-cı maddəsi bunu bir başa qadağan edir. Bu xəbərlər məhkumun özünün razılığı ilə onun yaxın ailə üzvlərinə və vəkilinə bildirilir. Sözügedən açıqlamanı nəzərə alaraq növbəti dəfə Penitensiar Xidmətlə əlaqə saxlamadıq. 

 Onu da xatırladaq ki, AİP lideri ilə bağlı baş verənləri dəqiqləşdirmək üçün onun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq. AzadXeber.az-a açıqlama verən vəkil bildirdi ki, sabah səhər saatlarında müvəkkili ilə görüşmək üçün 12 saylı Cəza Çəkmə Müəssisəsinə gedəcək.

“AİP lideri Mövsüm Səmədov 4 gündür karsda aclıq elan edir. O, ancaq su ilə qidalanır. Hazırda onun səhhətində ciddi problemlər var.”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap