Azərbaycan ordusu iki əsgərini itirib
Posted on :
qafqaz
10/16/2017 12:59:31 PM
Şəbiyev düşmən tərəfindən atılan snayper atəşindən həlak olub
Döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı
Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə
çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan
snayper atəşindən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Sentyabrın 23-də saat 13.20 radələrində isə Silahlı Qüvvələrimizin
1996-cı il təvəllüdlü,Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri
Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit,
visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin
Baş Kliniki Hospitalına daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərlərimizin
valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir və səbir
diləyir.