header

 ALLAHI XATIRLAMA

İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar. Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir. “Qurani-Kərim”də buyurulur:

 

"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)

 

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." («Ali-İmran»-191)

 

Bu barədə çoxlu rəvayətlər var. Həzrəti-Əli(ə) buyurur:

"Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." («Nəhcül-bəlağə», xütbə-110)

"Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."

"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."

 

Həzrəti- Əli(ə) “Həmmam" xütbəsində buyurur:

"Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır."

 

Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur:

"Onlar Allahın adı çəkilən zaman elə ağlayırdılar ki, ətəkləri göz yaşından islanır, küləyin təsirindən lərzəyə gələn ağac kimi titrəyirdilər."

"Allahı yad etmək bütün nəfsani xəstəliklərin dərmanıdır."

"Allahı həmişə xatırla ki, O, qəlbin nurudur."

"Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur."

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap