header

 Aşura gəncləri

Aşuranın pak qəlbli gəncləri mömin, imanlı və əxalqlı ailədə tərbiyələnmişdi.

Bəşər övladının ictimai gündəliyində böyük faciələr olsada, amma bəzi fikir sahiblərinin etiraflarına görə İmam Hüseynin (ə) Aşura faciəsi ilə müqayisə edilə bilməz. Bu tragediyanın digər azadlıqsevər qiyamlardan üstünlüyü barədə müxtəlif nəzəriyyələr mövcuddur. Ümumiyyətlə Aşura qiyamının üç amil əsasında başqa qiyamlardan fərqləndiyini deyə bilərik:

1.   Qiyamın rəhbərliyi

Bu üç amili tamamilə izah etmək o qədər də asan və tez bir işin olmadığı məlum məsələdir. Qarşınızdakı bu məqalədə bizim əsas məqsədimiz sadəcə Aşura qiyamında rəhbərliyin yüksək məqsədlərini qorumaq naminə qanlarının son damlasına qədər vuruşan gənclərin xüsusiyyətlərindən danışmaqdır. Həmçinin bu məqaləni yazmaqda əsas məqsədimiz islam cəmiyyətinin yeni nəslinin əbədi Aşura qiyamındakı örnək şəxsiyyətlərlə yaxından tanış olub onların dinə və məzhəbə qarşı daha yaxşı yönlənməsidir.

Ümumiyyətlə bütün inqilab və qiyamlarda ən həssas qüvvə gənclərin ona yanaşmasıdır. Aşura qiyamında da bu amil müstəsna deyil. Bu qiyamda da elə önəmli rollar gənclərin üzərinə düşmüşdü. Bu böyük məsuliyyəti bircə-bircə, tam müvəffəqiyyətlə yerinə yetirmək isə insan fəziləti və ilahi əxlaq sayəsində həyata keçmişdi. Bu ilahi məqamlardan bəzilərini diqqətinizə çatdırmaq istərdik:

Möhkəm iman:Aşuranın pak qəlbli gəncləri mömin, imanlı və əxalqlı ailədə tərbiyələnmişdi. Belə ki, onlar bu tərbiyə sayəsində imanın ən kamil mərhələsinə çatmış, ilahi əhkamın, haqqın hakimiyyətindən başqa bir şey barədə düşünməmişdilər. Hətta onların şəhadət şövqü də məhz elə ailə tərbiyəsindən asılı idi. İmam Hüseyn (ə) Kərbəlaya gedən yolda Qəsr Bəni Müqatilin mənzilində gecələdikdə bir yuxu görmüşdü və bu yuxudan sonra "inna lillah və inna iləyhi raciun" dedikdə oğlu Əli Əkbər (ə) bunun səbəbini soruşmuşdu. İmam Hüseyn (ə) cavabında buyurmuşdu ki, yuxuda bir süvarinin "bu karvan ölümə doğru gedir" dediyini gördüm.

Hz.Əli Əkbər (ə) atasının bu cavabında deyir: Atacan, biz haqlı deyilikmi? İmam Hüseyn (ə) buyurur: Niyə, biz haqlıyıq. Əli Əkbər deyir: Belədirsə, onda bis haqq yolunda ölümdən qorxmuruq. Aşura gecəsində də İmam Hüseyn (ə) səhabələrinə şəhadət müjdəsi verərkən, İmam Həsən MÜctəbanın oğlu Hz.Qasim (ə)  əmisinə üz tutaraq deyir: Əmican! Bu böyük feyz bizə də nəsib olacaqmı? İmam Hüseyn (ə) bu sözdən təsirlənir və ona bu sualı verir: Oğlum, ölümün dadı necədir sənin üçün? Dedi: Haqq yolunda ölüm mənim üçün baldan şirindir! Bunu eşidən İmam Hüseyn (ə) buyurur: Bəli! And olsun Allaha ki, sən də bu şəhadətin böyük feyzindən faydalanacaqsan. Gənc bunu eşidəndə çox sevinir.

Əlbəttə, insanın yüksək məqamlara xatir öz canından keçməsi onun Allah olan yəqini və imanından asılıdır. Elə məhz ona görə də Əli Əkbər (ə) Kərbəla çölündəki müharibədə Bəni Haşimin ilk şəhidi olduğu anlarda İmam Hüseyn (ə) buyurur: Pərvərdigara! Şahid ol. Şahid ol ki, həm əxlaq, həmdə siması Rəsulullaha (s) bənzəyən bu gənc zalım insanlarla mübarizədə şəhid oldu. Amma biz Rəsulunu (s) xatırlamaq istədiyimiz zaman ona baxardıq.

Bəsirət

Əməvi hakimiyyəti dövründə Rəsul Əkrəmin (s) xandanı əleyhinə edilən təxribatçılıq sayəsində İmam Hüseynin (ə) haqlı olub-olmadığını bir-birindən ayırmaq o qədər də asan iş deyildi. Hətta bəzi siyasətçilər belə hakim dövrün təsiri altına düşmüş, o həzrətin qiyamının tənqidinə başlamışdılar. Onlar hətta İmam Hüseynə (ə) tövsiyə edirdilər ki, Yezidlə müxalifətdən əl çəkib onunla sülh etsin. Belə bir atmosferdə bir sıra bəsirətli gənc İmam Hüseynin (ə) qiyamının zərurətini hiss etmişdi. Onlar bu zərurətə əsasən, bütün varlıqları ilə onu müdafiə edir, bir an da olsa belə ona şübhə ilə yanaşmırdılar. İmam Sadiq (ə) İmam Hüseynin (ə) ələmdarı və misilsiz sərkərdəsi barədə söz düşərkən belə buyrur: Allah əmimiz Abbasa rəhmət etsin. Çox uzaqgörən, dərrakəli və güclü iman sahibi idi. O, İmam Hüseynlə (ə) bərabər cihad etdi və sonda şəhadət feyzi ona nəsib oldu.

Başqa bir məqamda İmam Hüseyn (ə) ziyarətnaməsində belə oxuyuruq: Şahidəm ki, din və etiqadında heç bir süstlük göstərmədin, elm və agahlıq, kamil bəsirətlinlə vəzifəni yerinə yetirdin və ən üstün və ən layiq insana iqtida edib bu yolda şəhid oldun. Elə bu bəsirətinin sayəsində düşmənin daxil olduğu hər bir yolu bağladın, İmam Hüseyndən (ə) ayıran bütün yolları bağlamaq istəyən düşmən fitnəsini nakam qoydun.

Vəfadarlıq

İslam mədəniyyətində vəfa imanın bir nişanəsidir. Rəsul Əkrəm (s) dəfələrlə buyurublar ki, Allah və axirət dünyasına iman gətirən hər bir şəxs Kərbəla cavanlarının ən bariz xüsusiyyəti olan əhdə vəfadarlıq əxlaqına yiyələnməli, zamanının imamına verdiyi vədinə xilaf çıxmamalıdır. Çünki onlar ən çətin anlarında belə öz imamları ilə bağladıqları əhd-peymana xilaf çıxmadılar. İmam Hüseynin (ə) səhabələri içində Əbülfəzl Abbasda (ə) bu xüsusiyyət özünü daha çox göstərirdi. Abbas İbn Əli (ə) dedikdə həmişə ən vəfalı insan gəlir insanın gözünün önünə. Tasua axşamı Şümr Abdullah İbn Ziyad tərəfindən o həzrət və qardaşları üçün bir ammannamə gətirir. O, Şümrə deyir: Bizim amannaməyə ehtiyacımız olmayıb heç vaxt, olmayacaq da. Bizim üçün ilahi aman kifayətdir. Sənin gətirdiyin amana və sənin özünə də Allah lənət etsin. Siz bizə aman gətirdiyiniz bir halda Peyğəmbər (s) övladına hücum edirsiniz? Biz heç vaxt bunu qəbul etməyə razı deyilik. Aşura gecəsi də İmam Hüseyn (ə) bütün yol-yoldaşlarını bir xeyməyə topladı və buyurdu: Bizimlə qalanların aqibəti şəhadətdir. Bu aqibətdən amanda qalmaq istəyən, xilas olmaq istəyən gecənin bu qaranlığından istifadə edib özünü təhlükəsiz bir yerə çatdırsın və bu mənim üçün əhəmiyyətli deyil. Yeri gəlmişkən, o adamların işi bizimlədir, sizinlə deyil...

İmam Hüseynin (ə) sözləri bitdikdən sonra ilk sz deyən Abbas İbn Əli (ə) oldu. O, İmam Hüseynə (ə) xitabən dedi: Biz nə üçün bunu etməliyik ki? Nəyə görə səni tək qoyaq? Bir neçə gün çox sağ qalmaqdan ötrümü? Allah o günü bizə nəsib etməsin.

Kərbəla ələmdarının son dərəcə vəfadarlığı barədə İmam Sadiq (ə) buyurur: Şəhadət verirəm ki, Allah Rəsulunun (s) canişini qarşısında həmişə təslim idin... Həmişə Allah qarşı vəfadar qaldın və bir an olsun belə ona qarşı xeyirxahlığını əsirgəmədin...

Ədəb: İmam Hüseyn əleyhissalamın başda cavanlar olmaqla yoldaşlarının başqa bir bariz xüsusiyyəti isə ədəb idi. Onlar arasında isə Qəmər Bəni Haşimin yeri daha parlaqdır. Tarixin yazdığına görə Hz.Abbas (ə) İmam Hüseyndən (ə) icazəsiz əyləşməzdi. Onun izni ilə əyləşəndə siə sanki sahibinin qarşısındaymış kimi təvazökarlıqla və iki dizinin üstündə oturardı. Nəql olunur ki, o həzrət ömrü boyu heç vaxt İmam Hüseyni (ə) "qardaş" deyərək səsləməyib və əksər vaxtlar: Ağam, sərvərim, ey Allah Rəsulunun (s) oğlu və bu kimi adlarla ona müraciət edərmiş. Deyilənlərə görə bir dəfə, o da düşmənlə müharibədən sonra, o həzrət şəhadət anlarında İmam Hüseyni (ə) "qardaş" deyərək səsləyib. Bəlkə də Əbülfəzl Abbasın (ə) ədəbinin ən bariz səhnəsi bu olub ki, düşmənlə çətin vuruşdan sonra özünü Fərat çayı sahilinə çatdırır və su müşkünü su ilə doldurduqdan sonra İmam Hüseynin (ə) balalarını sirab etmək üçün geri qayıdanda mövlası İmam Hüseynin (ə) susuzluğunu xatırlayır və dərhal əlindəki suyu yerə tökür və qurumuş dodaqları ilə bu iki beyt şeiri zümzümə edir və o həzrətin (ə) xeyməsinə tərəf dayanıb salam verir:

یا نفس من بعدالحسین هونی                                           و بعده لا کنت ان تکونی

هذا الحسین وارد المنون                                             و تشربین بارد المعین

تالله ما هذا فعال دینی

"Ey nəfs, Hüseyndən sonra həyat zillətdir. Məbada ondan sonra sağ qalıb zillətə düçar olasan. Susuz dodaqları ilə təhlükə qarşısında dayanan insan Hüseyndir. Sən bununla belə sərin su içmək istəyirsənmi? And olsun Allaha! Bu, ədəbdən uzaqdır, din və etiqada uyğun deyildir".

Əhkam və dini dəyərlərə sədaqət: İmam Hüseynin (ə) səhabələrində olan ən gözəl xüsusiyyətlərdən biri də ilahi hökmlər qarşısında möhkəmlik və dini dəyərlərə olan sədaqətdir. İmam Hüseynin (ə) özü hətta müharibənin ən qızğın çağında belə namaz vaxtının çatdığını biləndə döyüşdən çıxıb namaz qılmağa başlamışdı. Bacısı Hz.Zeynəb (s) də qardaşının (ə) şəhadətindən sonra o qədər müsibətin başına gəlməsinə rəğmən, Məhərrəm ayının 11-də gecə namazını tərk etməmişdi. Özün də həmişəki kimi namazdan sonra Pərvərdigarı ilə raz-niyaz edib, duayla məşğul olmuşdu. Bəzi tarixçilərin yazdığına görə Səhl  Bin Səəd adlı bir şəxs deyir ki, Kərbəla əsirləri Şama daxil olduğu vaxt mən Dəməşq  darvazası kənarında dayanmışdım. Birdən camaatın şadlıq və rəqs etdiklərini gördüm. Əhli Beyt (ə) və İmam Hüseynə (ə) edilən bu nalayiq rəftarları görüb çox narahat oldum. Fürsətdən istifadə edib İmam Hüseynin (ə) qızı Səkinənin (s) yanına çatdırdım və özümü o Həzrətə təqdim etdim. Dedim: Banu! Mən əziz atanınızın şiələrindənəm. Nə işiniz varsa, xidmətinizdə hazıram. Səhl Bin Səəd deyir: Hz.Səkinə bu sözləri eşidəndə buyurdu: Mübarək baş taxılmış nizəni aparan o adama de ki, bir az irəlidə getsin. Bəlkə adamlar o başı görüb Rəsulullah (s) övladlarının üzünə baxmaqdan yayınsınlar.

Bu hadisədən belə nəticəyə gəlirik ki, ata, qardaş və əmi dağı görmüş, Yezid əsgərlərinin ehtiramsızlığına düçar olmuş Əhli Beyt (ə) qadınları ən çətin anlarında belə islami dəyərləri unutmur, hicab və iffət məsələsinə qarşı həssaslıqlarını gizlətmirlər. Onlar bacardıqları qədər təhlükə qarşısında olsalar da, səbirli, təmkinli, şücaətli, fədakar, iffət, izzətli, ixlaslı və bu kimi dəyərli xislətlərindən əl çəkmirlər. Bütün bunlar Aşura gənclərinin xüsusiyyəti idi.

Aşura cavanlarının xüsusiyyətlərini araşdırmaqla onların bu xislətlərini həyat tərzimizin örnəyi olacağına ümid edirik.


Aşuranın pak qəlbli gəncləri mömin, imanlı və əxalqlı ailədə tərbiyələnmişdi.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap