İran İŞİD qarşısında İraqın dövləti və xalqını real şəkildə dəstəkləyir
Posted on : iran 10/16/2017 12:59:31 PM
IRIB-nin Nyu-Yorkdan verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif BMT baş katibinin İraq məsələləri üzrə nümayəndəsi- Nikolay Mladenov ilə görüşdə deyib: İraqın şəraitinin yaxşılaşmasına kömək etmək niyyəti olan hər bir ölkə həmin ölkənin reallıqları ilə yanaşı olmalı və xalqın seçiminə və qanuni siyasi prosesə hörmtələ yanaşmalıdır.
BMT baş katibinin İraq məsələləri üzrə nümayəndəsi İran İslam Respublikasının İraqın böyük və mühüm qonşusu kimi strateji roluna toxunaraq, İranın İraq məsələlərindəki səmərəli rolunu vurğulayıb.