İŞİD mediası: Türk girovlar Bağdadinin əmri ilə azad edildi
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
Birinci açıqlamada bildirilirdi ki, İŞİD-ə qarşı heç bir əməliyyat keçirilməyib və 49 türk diplomatın 101 gün sonra ikitərəfli müzakirələr nəticəsində azad edilib.
Bu gün isə İŞİD mediası İŞİD rəsmilərindən birinin açıqlamasını yayıb.
Açıqlamada deyilir: "Girovlar xəlifə İbrahimin (Əbu Bəkr Bağdadi) əmri ilə, Türkiyə hökümətinin İŞİD-ə qarşı koalisiyaya daxil olmayacağını açıqladıqdan sonra azad edilib."
Xatırladaq ki, İŞİD mediası birmənalı olaraq İŞİD-ə qarşı heç bir əməliyyatın olmadığını bildirirlər.