header

 Ayətullah Amoli: Amerika terroristlərə etdiyi maddi dəstəyi kəssin

Ərdəbilin imam cüməsi deyib: 20 min qüvvəsi olan İŞİD-in məhvi üçün 40 ölkənin koalisiya təşkil etməsinə heç bir ehtiyac yoxdur və ABŞ və əməkdaşlarının terrorçulara dəstəyi olmazsa, bu onların məhvi üçün kifayətdir.

"Ərdəbil – şiə beşiyi"nin verdiyi məlumata görə Ayətullah Seyid Həsən Amoli cənabları bu Ərdəbilin cümə namazı çıxışında İŞİD-ı təkcə islam dünyası üçün deyil, bütün dünya üçün böyük bir biabırçılıq olduğunu qeyd edib.

Ayətullah Seyid Həsən Amoli hətta vahabi alimlərinin belə İŞİD-ı pisləməsi barədə deyib: Onlar deyir ki, bu qrupun Məhəmməd İbn Əbdül Vahabla heç bir əlaqəsi yoxdur. Halbuki İŞİD başçıları özlərini Məhəmməd İbn Əbdül Vahab və İbn Teymiyyənin təfəkkür davamçıları adlandırırlar.

Ərdəbilin imam cüməsi daha sonra deyib: İŞİD-ın təfəkkürü təkfiridir və Məhəmməd İbn Əbdül Vahabın da əsas prinsipi ümumi təkfirçilik olub. Belə isə İŞİD-la mübarizə və onların kökünü kəsmək üçün sələfi və vahabi təfəkkürü məhv edilməlidir. Seyid Həsən Amoli çıxışının davamında vahabi rəhbərlərinin sözlərinə istinad edərək onu da qeyd edib ki, onlar vahabiliyin iki dəstəyə radikal və orta dəstəyə ayrıldığını deyirlər və ümumi təkfirçilik Məhəmməd İbn Əbdül Vahabın təfəkküründə orta səviyyə yoxdur və bu mənasız bir şeydir.

Ərdəbilin cümə namazı xətibi xütbəsində İŞİD-lə bağlı məlumatlar da verərək qeyd edib: Amerikanın İŞİD əleyhinə koalisiya əməkdaşlığı təklifi mənasızdır. Çünki koalisiyada iştirak edən bəzi ölkələr onlara maddi dəstəklərini dayandırarlarsa, İŞİD-ın bank hesablarını dondurarlarsa, öz hotellərini onların ixtiyarına verməzlərsə, hətta onların yaralılarının üzünə ən bahalı xəstəxanalarını açmazlarsa, onlara locestik dəstək verməzlərsə, bu problem öz-özünə həll olunar və koalisiyaya ehtiyac da qalmaz.

Ərdəbilin imam cüməsi söhbətinin davamında onu da xatırladıb ki, İŞİD-ın 20 min nəfərlik ordusunu asanlıqla məhv etmək mümkündür və bu iş üçün 40 ölkənin bir araya gəlib koalisiya təşkil etməsinə, yaxud da gərgin saxta  atmosfer yaranmasına heç bir ehtiyac yoxdur. Çünki İŞİD ərəb mühitində inkişaf edib və ərəblərlə qərblilərin dəstəyi davam etməzsə, fəaliyyətinin davamı imkansızdır.

Seyid Həsən Amoli daha sonra deyib: İran düzgün və izzətli mövqeyi ilə region hadisələri qarşısında müsəlmanların həqiqi hüququnu müdafiə etdiyi üçün həmişə yaxşı adla xatırlanan bir ölkədir. Onlar İranın bu avtoritetindən istifadə etmək istəməsinə rəğmən, İran tam dolğunluqla buna mənfi reaksiya göstərdi və onları nakam qoydu.

Ərdəbilin imam cüməsi İran İslam Respublikasında Müqəddəs Müdafiə Həftəsinin başlaması məsələsinə də işarə edərək bu qüdrətli ölkənin və xalqın nailiyyətlərini təqdirəlayiq olduğunu qeyd edib və deyib: Özünəgüvənlik, inam, bəsic təfəkkürünün yaradıcılığı, istedadların çiçəklənməsi, bu ölkənin daimi mühafizəkarlığı , mentalitetin qorunması, şəhadət mədəniyyətinin təcəllisi, ölkənin müdafiə sənayesində tərəqqi, hərbi təcrübələrin güclənməsi, Sepah və milli ordunun təkamülü, quruluşun müvəffəqiyyətli sınaqları, beynəlxalq qüdrətin təsdiqlənməsi, dünya hegemonizmi tilsimlərinin qırılması ilə İranın bütün ölkələr üçün örnəyə çevrilməsi Müqəddəs Müdafiənin nəticələrindəndir.

Ərədbil vilayətinin Xübrəqan Məclisindəki xalq nümayəndəsi daha sonra deyib: Biz müharibə dövründə özünəgüvən və özünəinam hissini mənimsədik. Belə ki, hal-hazırda ölkəmiz dünyanın 60 ölkəsinə hərbi məhsul ixrac edir. Müqəddəs müdafiə ölkəmizin düşmən təhdidləri qarşısında mühafizəkar və qüdrətinə səbəb olub.


“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap