header

 Röyters və digər regional və beynəlxalq media dairələri də İslam İnqilabının Böyük Rəhbərinin İŞİD-lə bağlı çıxışını işıqlandırıblar.

Röyters yazır: İran Amerikanın İraq və Suriyada fəaliyyət göstərən İŞİD-lə mübarizənin məqsədsiz olduğunu sayır. İran rəhbəri xəstəxanadan çıxdıqdan sonra deyib: ABŞ rəsmilərinin İŞİD əleyhinə beynəlxalq koalisiya təşkil olunması barədə təklifi əsassız və gülüncdür. Çünki faktiki olaraq sözləri ilə gördükləri iş arasında paradoks müşahidə olunur.

Röyters daha sonra Ayətulla Xamenei cənablarının çıxışı barədə yazır: İran rəhbəri deyir ki, Amerikanın İŞİD-lə mübarizə istəyini geri götürüb.

Həmçinin Assosiated Press Agentliyi cə ötən bazar ertəsi İslam İnqilabıl Böyük Rəhbərinin çıxışı barədə yazır: İran Amerikadanın beynəlxalq koalisiya təşkili barədə istəyini rəsmi Vaşinqtonun "Çirkin niyyəti" səbəbinə qəbul etmədik. Agentliyin məlumatında daha sonra deyilir: İran rəhbəri onu da deyib ki, amerikalılar rəsmilərin açıq surətdə elanından əvvəl bunun əleyhinə idilər.

Ayətullah Xamenei həmçinin söhbətinin davamında onu da xatırladıb ki, İran Amerikanın qurduğu beynəlxalq koalisiyanın bir hissəsi olmadığı üçün fəxr edir.

Assosiated Press daha sonra yazır: Fransanın İranı İŞİD-lə mübarizə metodları ilə əlaqədar beynəlxalq konfransa dəvət etmək barədə təkliflərindən sonra ABŞ rəsmiləri İranın da iştirakı ilə razılaşmadılar.

ABŞ rəsmisi İranı terrorçulara dəstəkdə ittihamlandıraraq demişdi ki, Bu ölkənin Paris konfransında iştirakı heç də münasib iş deyil.

Əl Ərəbiyyə telekanalı da Ayətullah Xamenei cənablarının çıxışını geniş surətdə işıqlandıraraq deyib: İran Amerikanın İraq və Suriyada faciələr törədən İŞİD qüvvələri ilə mübarizə əməkdaşlığını qəbul etməyib.

İran Rəhbəri bu barədə deyib: Amerika elə ilk gündən İrandakı səfiri vasitəsilə İrandan İŞİD-lə mübarizədə əməkdaşlıq etməsini istəmişdi. Amma mən razılaşmadım. Çünki onların əlləri və niyyətləri çirkindir.

Bu kanal daha sonra onu da qeyd edir ki, İslam İnqilabını Böyük Rəhbəri deyir ki, ABŞ-ın xarici işlər nazilriyi şəxsən İran XİN başçısı Məhəmməd Zərifə əməkdaşlıq təklifi etsə də müxalif nəzərlə qarşılaşıb. Ayətullah Xamenei bir həftə cərahiyyə əməliyyatı keçirdiyi üçün xəstəxanada istirahətindən sonra jurnalistlərə veridiyi müsahibəsində Vaşinqtonu İraq və Suriyanı da Pakistanın gününə salmaq və "istədiyi yeri bombardman etmək" cəhdlərində ittihamlandırıb.

Əl Ərəbiyyənin verdiyi məlumata görə Amerika son günlərdə region ölkələri və beynəlxalq ictimaiyyətin İŞİD-lə mübarizə səyləri barədə yazaraq deyib ki, hal-hazırda 30-dan çox ölkə Parisdə bir araya toplanıb terrorçu qruplarla mübarizə məsələsini həll edirlər.

Həmçinin Sky News da Ayətullah Xameneinin bu mövqeyi barədə yazır: İran rəhbəri elan edib ki, ölkəsi Amerikanın İraq və Suriyada fəaliyyət göstərən İŞİD-la mübarizə əməkdaşlığını qəbul etmir və bu radikal qüvvələrin ilk cinayətlərindən sonra Amerikanın İraqdakı səfiri vasitəsilə etdiyi əməkdaşlıq təklifini qəbul etməyib. Çünki onların əli onsuz da qana bulanıb.

CNN də Ayətullah Xamenei cənablarının Vaşinqtonun İŞİD-i məhv etməklə bağlı təklifi barədə mövqeyindən yazaraq deyir: İranın İnqilab Rəhbəri Amerikanın islam ölkəsi əleyhinə əməkdaşlıq təklifini qəbul etmədi və dedi ki, ABŞ-ın bu əməkdaşlıq təklifindəki məqsədi əslində İŞİD-in xeyrinədir.

Əl Yəum qəzeti isə İran rəhbərinin bu mövqeyi ilə əlaqədar məsələni gündəmə gətirərək Böyük İnqilab Rəhbərinin çıxışından sitatlar gətirib.

Qirtas internet portalı İslam İnqilabı Böyük Rəhbərinin sözlərinə istinadən yazır: ABŞ dövlətinin İŞİD_lə mübarizə əməkdaşlığı təklifində əsas məqsədi regionda hərbi iştirakdır.

Bu sayt daha sonra Ayətullah Xameneinin sözlərinə istinad edərək yazır:  İraqda İŞİD barədə söylənilənlər ABŞ tərəfindən deyildi. Əslində bu İraq ordusu və bəzi qruplaşmaların işi idi.

İlaf internet portalı da "Puç və məqsədsiz olduğu üçün biz də İŞİD əleyhinə ABŞ təklifi ilə razılığa gəlmədik" ünvanı altında yazır: İran rəhbəri xəstəxanadan çıxdıqdan sonra ABŞ rəsmilərinin İŞİD və terrorizm əleyhinə beynəlxaq koalisiya qurulmasını gülünc və bihudə bir iş adlandırdı.

Röyters daha sonra yazır: İran Rəhbəri daha sonra onu da vurğulayıb ki, İran Amerikanın İŞİD əleyhinə planları ilə müxalifdir və ABŞ-ın bu koalisiyanı qurmaqda məqsədi regionda hərbi iştirakdır. İran Rəhbəri onu da qeyd edib ki, bu iddiaların yalan olması barədə faktlar mövcuddur və ABŞ rəsmilərinin paradoksal mövqeyi də bunun əsas göstəricisidir.


“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap