"Quran ilə tanışlıq və bu ilahi kitabın
dastanları ilə tanışlıq həyatda bəsirətli olmaq üçün sərmayə, düşmən
tələlərini tanımaq üçün yol və iman iddiasında olanları tanımaq üçün
meyardır".
Bu sözləri Quran ustadı höccətül-islam vəl müslimin Möhsin Qiraəti deyib.
Beynəlxalq Quran Xəbər Agentliyinə istinadən verilən
məlumata görə, Möhsin Qiraətinin çıxışı ilə keçirilən "Qurandan Dərslər"
proqramı "Quran həyatın bəsirəti" mövzusu ilə baş tutub.
Bu dərsdə bəsirət, düşmən tələsi, iman iddiaçıları, Quran dastanları, ibrətlər, qeybi xəbərlər, həqiqi irfan və s... məsələlər barədə danışıldı.
Quran həyatda bəsirət və düşmən tələsini tanımaq üçün vasitə
Quran-Kərim buyurur:
"Allahdan sizə bəsirət və hikmətlər göndərildi". – (Ənam/104). Bu ayədə
"bəsirət" yəni hikmət, dünya görüşü, dəqiq görə bilmək və ayıq-sayıq
olmaq anlamındadır. Bəsirətli insan hər şeyə diqqətlidir və heç bir şey
onun nəzərindən qaçmır. Məsələn başqasının yalandan ağlamağına aldanmır.
Necə ki, Həzrət Yusifin qardaşları onu quyuya atdıqdan sonra gəlib
ataları üçün yalandan ağladılar ki, onu canavar yeyib. Bu dastanı
Quranda oxuyan insan öz həyatında diqqətli olur ki, hər ağlayanın göz
yaşına inanmasın, çünki bəzi ağlamaqlar yalançıdır, Yusifin
qardaşlarının ağlaması kimi.
Və ya Allah-Taala Quranda Münafiqlərin məscidi
haqqında buyurur ki, "zərərli məscid"dir - (tövbə/107). Yəni hər məscid
tikdirənin və hər məscidə gələnin zahiri səni aldatmasın.
Hər məscid İslama və namaza xidmət etmək üçün deyildir. Bəlkə
bəzi məscidlər Allahın dininə zərbə vurmaq və müsəlmanlar arasına
təfriqə salmaq üçündür.
Başqa bir misal bu
barədə "gözəl söz danışanlar"ı göstərmək olar. Allah-Taala Quranda
buyurur ki, ey Peyğəmbər, bəzilərinin danışığı və qəşəng sözləri səni
təəccübləndirməsin, onlar ən qatı düşməndir – (Bəqərə, 204), amma elə
gözəl danışırlar ki, Peyğəmbəri (s) də təəccübləndirirlər.
M.Qiraəti dərsdə bundan başqa Quran ayələrində yalançı şüar
verənlər (Yusif/11 və 12), yalançı iman iddiasında olanlar (Cümə/6;
Fatir/37) barəsində də danışıb.
Quran dastanları, ibrətlər
Ustad Qiraəti Quran dastanlarının ibrət üçün olduğunu və
məşğuliyyət üçün olmadığını vurğulayaraq Quran dastanların həqiqi və
doğru tarix olduğunu önə çəkib – (Kəhf/13) və Quran dastanların adi
deyil, bəlkə tarixin mühüm hadisələri olduğunu deyib.
O əlavə edib: Biz Quran
qissələrini öz həyatımızda da icra etməliyik. Həzrət Yusifin (ə)
iffətli və namuslu olması kimi – (Yusif/22) və Həzrət Yunisin (ə)
balığın qarnından nicat tapması kimi – (Ənbiya/87) çətinliklərdə Allaha
sığınaraq imtahanlardan üzü-ağ çıxa bilərik.
Dərsin davamında Ustad Qiraəti Quranın qeybi xəbərlərinə (Yusif/95; Tövbə/33) də işarə edib.
Ustad sözlərində həqiqi İrfanın fiqh və Quran yolu ilə əldə
olunan İrfan olduğuna işarə edərək, falçıların və əliçi oxuyaraq taleyə
baxanların yalançı olduğunu dedi və bu barədə belə bir dastan danışdı:
Möhsin Qiraəti: "Bir kişi nökərinə bir toyuq verib dedi: Bu toyuğu qoz ləpəsi ilə fisincanplov bişir gətir. Əgər dadlı olsa, səni azad edəcəm.
Nökər də azadlıq eşqi ilə bu qoz ləpəsi və toyuqdan yaxşı bir fisincanplov bişirdi. Kişi qozu yedi toyuğu yemədi.
Sonra nökərə dedi: Sabah bu toyuq və qoz ləpəsi ilə ləvəngi bişir, əgər dadlı olsa, səni azad edəcəm.
Nökər də azadlıq eşqi ilə bu qoz ləpəsi və toyuqdan yaxşı bir ləvəngi bişirdi. Kişi qozu yedi toyuğu yemədi.
Sonra nökərə dedi: Sabah bu toyuq və göyərti ilə yaxşı bir səbzi-plov bişir. Dadlı olsa, səni azad edəcəm.
Nökər dedi: Ağa, mən azadlıq istəmirəm, zəhmət olmasa bu toyuğu azad edin ki, qazana gedib-gəlməkdən yoruldu!
İndi gərək bu falçılara deyəsən ki, öz əlinizə baxıb xəzinə tapın, bizim ələ baxmağınız lazım deyil!